Türkiyənin Xarici İşlər
naziri: “Ermənistan
Yaxın Şərq regionundakı erməniləri Azərbaycanın
işğal edilmiş
ərazilərinə köçürür”
Ermənistan beynəlxalq hüququ pozaraq Yaxın Şərq regionunda yaşayan erməniləri Azərbaycan işğal edilmiş ərazilərinə köçürür. Yəni, bu torpaqlarda daimi qalmaq istədiklərinin mesajını verirlər.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə deyib.
Mövlud
Çavuşoğlu qeyd
edib ki, beynəlxalq
ictimaiyyət bunun belə davam
etməyəcəyini bilməlidir. Bütün
dünya ölkələrinin
haqlının yanında olması, həqiqətləri deməsi
üçün Azərbaycanla mübarizəmizi
davam etdirəcəyik.
Azərbaycan.-
2020.-7 oktyabr.- S.4.