Müdafiə Nazirliyinin xüsusi xidməti müşavirəsi keçirilib
Oktyabrın 6-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilib.
Müşavirədə aparılan əks-hücum əməliyyatında hazırda mövcud olan vəziyyət təhlil olunaraq düşmən qüvvələrinin planlı, məqsədyönlü və ardıcıl darmadağın edilməsinin davam etdirilməsi tapşırılıb.
Müdafiə naziri qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə göstəriş verib.
Müdafiə naziri düşmən tərəfindən
“İsgəndər” əməliyyat-taktiki raket
komplekslərinin tətbiq olunacağı halda
adekvat tədbir görüləcəyini bildirib. Nazir Azərbaycan Ordusuna
arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə
malik silah növlərini
tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji
infrastrukturuna böyük
zərbələr endirməyi planlaşdırmağı əmr
edib.
Azərbaycan.-
2020.-7 oktyabr.- S.5.