Ermənistan silahlı qüvvələri Goranboy rayonuna daha bir raket
atıb
Dinc sakinləri hədəfə alan Ermənistan ordusunun “Smerç” reaktiv yaylım atəşi sistemindən atdığı raket Goranboy rayonu ərazisinə düşüb.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, raket boş əraziyə düşüb.
Azərbaycan
Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi
üzrə Milli Agentliyin
(ANAMA) partlamamış hərbi sursatların zərərsizləşdirilməsi
üzrə əməliyyat meneceri Mədət
Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, düşmən
tərəfindən Goranboy rayonu ərazisinə “Smerç”
sistemindən atılmış raket
başlığının partlaması nəticəsində
onun içərisində olan
bombletlər 200 metr radiusda
səpələnib. Hazırda ANAMA ərazidə təmizləmə
əməliyyatları aparır. Əməliyyatlar çətin
və mürəkkəb şəraitdə aparılır və
gərgin iş tələb edir. Bu bombalar
silahlar arasında ən təhlükəli
olanlardandır.
Azərbaycan.-
2020.-7 oktyabr.- S.5.