Finlandiyanın Xarici
İşlər naziri Ermənistanın azərbaycanlı
mülki şəxsləri məqsədyönlü
atəşə tutması barədə məlumatlandırılıb
Oktyabrın
5-də Azərbaycan Respublikasının Xarici İşlər
naziri Ceyhun Bayramov və Finlandiya Xarici İşlər naziri
Pekka Haavisto arasında telefon danışığı olub.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki, nazir Pekka Haavisto bölgədəki gərgin
vəziyyətlə bağlı narahatlığını
ifadə edib və hazırkı durumla maraqlanıb.
Nazir Ceyhun Bayramov, həmsöhbətinə bölgədəki yüksək gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü atəşə tutması barədə məlumat verib. Nazir, təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin, sənaye şəhəri Mingəçevirin, eləcə də Xızı və Abşeron rayonlarının hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğulayıb. O qeyd edib ki, bölgədəki gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərindədir.
Nazir Ceyhun
Bayramov Ermənistanın BMT Təhlükəsizlik
Şurasının qətnamələri başda
olmaqla, beynəlxalq təşkilatların
qəbul etdiyi qərar və qətnamələrin
yerinə yetirməsinin zəruri olduğunu
vurğulayıb.
Azərbaycan.-2020.- 6 oktyabr.- S.6.