Ermənistan silahlı qüvvələrinin
atdığı mərmi nəticəsində FHN-in
bir əməkdaşı xəsarət
alıb
Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin Ağdam rayonuna atdığı mərmi məktəb binasında dağıntılar törədib, növbədə olan yanğınsöndürmə avtomobilinə ziyan dəyib. Avtomobilin sürücüsü – FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət çavuşu Qismət Əli oğlu Yusibov partlayış dalğasının təsirindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Xəsarət alan əməkdaşın vəziyyəti hazırda qənaətbəxşdir.
Qeyd edək ki,
düşmənin artilleriya atəşləri
nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki
obyektlərə, fərdi və çoxmənzilli
yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən
ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal
aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş
iş rejimində fəaliyyət göstərir.
Baş verən hər hansı fövqəladə
hadisə ilə əlaqədar nazirliyin
112 – “qaynar” telefon xəttinə
dərhal məlumat verilməsi xahiş olunur.
Azərbaycan.-
2020.-7 oktyabr.- S.5.