Baş Prokurorluğun mətbuat xidməti qüdrətli Azərbaycan Ordusuna dəstək məqsədilə videoçarx hazırlayıb

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti qüdrətli Azərbaycan Ordusuna dəstək məqsədilə videoçarx hazırlayıb.

AZƏRTAC xəbər verir ki, videoçarxda Baş Prokurorluğun sosial şəbəkə səhifələrində və rəsmi veb-saytında izləmək mümkündür.

Videoçarxda xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu qüdrətli Azərbaycan Ordusunun Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənə sarsıdıcı zərbələr vurması əks olunub. Həmçinin videoçarxda Azərbaycan Prezidenti İlham Əliyevin xalqımıza müraciətində ifadə etdiyiBiz öz torpağımızda vuruşuruq. Ermənistan işğalçı dövlətdir və bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” sözləri xüsusi vurğulanıb.

 

Azərbaycan.- 2020.-7 oktyabr.- S.5.