AZƏRTAC-ın kollektivi Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna ianə edib

 

AZƏRTAC-ın idarə heyətinin üzvləri və struktur rəhbərləri Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna əməkhaqlarından 15 min manat vəsait köçürüblər.

Rəşadətli Ordumuzun Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatı apardığı bir vaxtda agentliyin kollektiviBöyük Qələbəni yaxınlaşdırmaq üçün informasiya müharibəsində fəal şəkildə iştirak edir. Cəbhə bölgəsində işləyən çəkiliş qruplarımız erməni təxribatlarını lentə alır, Ermənistanın faşist simasını ifşa edən fotovideolar, reportaj və xəbərlər hazırlayırlar. Bu materiallar 8 dildə AZƏRTAC-ın kanalları ilə fasiləsiz olaraq dünyanın hər yerinə yayılır.

AZƏRTAC-ın jurnalistləri Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Ordumuzdan yeni qələbə müjdələri gözləyirlər. Qarabağ Azərbaycandır!

 

Azərbaycan.- 2020.-7 oktyabr.- S.5.