İlham Əliyev
Qarabağdan işğalçı erməniləri
iti qovan kimi qovur
Torpaqların
işğaldan azad olunması uğrunda Vətən müharibəsi
gedir
Gənclərdən,
hətta yaşa dolmuş insanlardan bu sözləri illərdir
dəfələrlə, dönə-dönə eşidirdik:
"Silah götürüb işğal altında olan
torpaqlarımızı azad etməyə hazırıq. Prezidentimizin,
Ali Baş Komandanın əmrini gözləyirik”.
Bəlkə
kiminsə ağlına gələ bilərdi ki, bunu onların
heç də hamısı ürəkdən, tam məsuliyyəti
ilə demir. Bəlkə də dilxoşluq edir,
özünü yalançı patriot kimi göstərmək
istəyir.
O məqam gəldi. Ali Baş Komandan əmrini verdi.
Hamı, o cümlədən
digər ölkələrin
vətəndaşları da
gördü ki, Azərbaycan xalqının
bir deyimi ilə ifadə etsək, papaq altında necə oğullar yatırmış!
Azərbaycan əsgər və zabitləri 30 ildir ipə-sapa yatmayan, cilovlanmayan, işğalçılıq
siyasətindən əl
çəkməyən yağı
düşmənə sarsıdıcı
zərbələr endirir. Yüzlərlə gənc könüllü olaraq döyüşə
yollanmağı qərara
almışdır, bunu
təkidlə xahiş
edir. Hələ neçə-neçə müxtəlif yaşlı
insan ordu sıralarına qoşulmaqda
israrlıdır.
Bu da təsadüfi
deyil. Qəhrəman, vətənpərvər xalqın övladları da məhz bu
cür olur. Müdrik xalqın müdrik də rəhbəri olur. Sərkərdə güclü olanda
əsgər də güclü olur. "Sərkərdə igid olsa, heç
getməz ordu bada” misraları ilə bitən el bayatımız yada düşür.
Bu gün igid oğullarımız, Vətən,
torpaq müdafiəçiləri
Prezident İlham Əliyevin sərkərdə
olduğu, gündən-günə
gücləndirdiyi, qayğı
göstərdiyi, inandığı
və güvəndiyi
orduda xidmət edirlər. Həqiqətdir ki, adi insani münasibətlərdə
olduğu kimi ən qlobal məsələlərdə də
qarşılıqlı hörmət,
ehtiram, etibar, inam ən böyük
amildir. Azərbaycan xalqı, Azərbaycan
əsgəri də bax beləcə öz Prezidentinə, Ali Baş Komandanına inanır, arxalanır, ondan örnək götürür.
Vətən torpağı yad
tapdağında, yağı
əlində qala bilməz! Ölkəmizdə rəhbər də,
xalq da, əsgər də belə düşünür,
belə deyir. Bu gün Azərbaycan
öz Prezidenti ətrafında bir yumruq kimi birləşib.
Bu gün xalqımız
öz Prezidenti ilə, onun cəsarəti, qətiyyəti,
dönməzliyi ilə
qürur duyur.
Məhz belə olanda düşmən doğma torpağımızdan it kimi
qovulur. Daim terror törətməyə can atan,
qatillik vərdişindən
əl çəkməyən,
qan tökməyə həris olan düşmən siçan
kimi gizlənir, qaçır. Hiyləgər xislətli düşmən
yenə sülh danışıqları istəyir.
Bu cür vandallar,
torpaq oğruları sülhün qədrini hardan bilər?! Onlar insan dilində danışmağı bacarmadığı
kimi, insan dilini də başa düşmürlər
axı.
Prezident
İlham Əliyev bu il oktyabrın 4-də Azərbaycan
xalqına müraciətində
demişdir: "Paşinyan
hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng
etməmişəm, heç bir liderə zəng etməmişəm.
Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam
qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin,
ağlamasın, onların ayağına yıxılmasın.
Bax budur bunun sonu. Əgər bizimlə normal dildə
danışsaydı, bizim müqəddəs şəhərimizi
mundarlamasaydı, əlbəttə, biz ümidlərlə
yaşayıb çalışardıq ki, bu məsələ
danışıqlar yolu ilə həll olunsun. Amma hər
addım təxribat, hər addım təhqir və hesab edir
ki, biz bununla barışacağıq?! İndi biz göstərdik
kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri
onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda
Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində
Azərbaycan əsgəri dayanır! Onların postları bizim
əlimizdədir! Onların tanklarını biz
sürürük! Onların digər silahlı texnikaları
bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir!
Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”
Erməni
faşistləri özləri də çox yaxşı bilirlər
ki, bu torpaq onların deyil. Qarabağ bineyi-qədimdən tarixi
Azərbaycan torpağıdır, Azərbaycanındır və
Azərbaycanın olacaq. Ona görə də Azərbaycan
oğlu bu torpaq uğrunda həyatından keçir və bunu
özü üçün şərafət sayır. Torpaq
uğrunda şəhidlik zirvəsinə yüksələnlər
xalqımızın nəzərində ucadırlar, müqəddəsdirlər.
Erməni əsgəri isə özgə torpağında
urvatsız ölür. Sağ qalsa belə, heç bir
hörmət-izzət sahibi olmur. Mənasız
vuruşduğunu özü də bilir. Ona görə də
silahını, papağını atıb gedir, siçan kimi
qaçır, gizlənir. Belə də olmalıdır!
Prezidentimizin
dediyi kimi: "Biz haqq-ədalət tərəfindəyik. Biz
tarixin ən şərəfli anlarını
yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır.
Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr
olub, qələbələr olub. Onların sırasında
bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti
bərpa edirik, ərazi bütövlüyümüzü bərpa
edirik, Azərbaycan xalqının ümidlərini
doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz
haqlıyıq, biz zəfər çalacağıq!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Flora SADIQLI
Azərbaycan.-2020.- 6 oktyabr.- S.9.