Ermənistanı iqtisadi çöküş, sosial partlayış və siyasi xaos gözləyir

 

Törətdiyi müharibəyə görə erməni xalqının Nikol Paşinyanı çarmıxa çəkəcəyi şübhəsizdir

 

 

Məlumdur ki, illərdir Ermənistanda iqtisadi durum acınacaqlı vəziyyətdədir. Ölkədə hökm sürən korrupsiya, dövlət məmurları tərəfindən biznesə müdaxilə bu sahənin inkişafına əngəl törədib. Belə vəziyyətdən ən çox əziyyət çəkən kiçikorta biznesdir. Dövlət məmurları iqtisadiyyatın müxtəlif sahələrini monopoliyaya aldığı üçün kütləvi sahibkarlığın inkişafı mümkün olmayıb. Yəni özünə dolanışıq üçün kiçik biznes qurmaq istəyən erməni vətəndaşı monopolistlərin ciddi təzyiqi ilə üzləşir.

Hər bir ölkə iqtisadiyyatında aparıcı qüvvənin kiçikorta biznesin olduğu məlumdur. Ən çox işçibu sahədə çalışır. Hazırda Ermənistanda əməkqabiliyyətli əhalinin böyük əksəriyyəti bu üzdən işsizdir. İşsizlikdən ölkə vətəndaşları dolanışıq üçün xarici ölkələrə üz tutur. Bu proses Paşinyan iqtidara gəldikdən sonra daha da sürətlənib.

Yeniyetmə və gənclərin xarici ölkələrə üz tutmasının bir səbəbi isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağda və ətraf bölgələrdə xidmət etmək istəməməsidir. Erməni valideynlər övladlarını bir qrup siyasətçinin avantürasına qurban vermək istəmirlər. Beləliklə, gənclər və əməkqabiliyyətli əhali ölkəni tərk edir. Digər tərəfdən isə erməni ordusunda əsgər çatışmazlığı yaranır.

Qonşu respublikanın iqtisadiyyatının bu günə düşməsində Ermənistan dövlətinin həyata keçirdiyi işğalçılıq siyasəti xüsusi rol oynayır. Digər tərəfdən, Prezident İlham Əliyevin apardığı düzgün siyasət sayəsində Ermənistan regionda həyata keçirilən bütün nəhəng layihələrdən kənarda qalıb. Beləliklə, qonşu ölkə Cənubi Qafqaz regionunda icra edilən nəhəng layihələrdən kənarda qaldığı üçün əldə edə biləcəyi iqtisadisiyasi dividendlərdən məhrum olub. Əvvəllər erməni lobbisi və onları dəstəkləyən müxtəlif dövlətlər erməniləri bu layihələrə tərəfdaş qoşmaq üçün cəhd göstərirdilər. Azərbaycan Prezidentinin qəti mövqeyini gördükdən sonra onlar da bu canfəşanlıqdan əl çəkdilər. İndi Ermənistan dalana dirənmiş vəziyyətdədir.

Ermənistanın başı boş baş naziri Nikol Paşinyanın türk mallarının satışı ilə bağlı boykot çağırışı elə 60 min erməni kiçik sahibkarın qəti etirazına səbəb olub. Çünki baş nazirin təkidi ilə türk mallarının satışdan çıxarılması piştaxtaların boşalmasına gətirib çıxarıb. Ermənistan Ticarət Palatasının sədri Vaqram Mirakyan türk mallarının qadağasının bir gecədə gerçəkləşməyəcəyini bildirərək sahibkarları sakitləşdirməyə çalışıb. Ermənistanın kiçik bazarı tərəfindən Türkiyə mallarının satışına qadağa qoyulması dünyanın 20 güclü iqtisadiyyatından birinə sahib olan qardaş ölkəyə, əlbəttə, heç bir təsir göstərməyəcək. Bax, belə yerdə "yel qayadanaparar” Azərbaycan atalar sözü yada düşür.

Paşinyana qarşı olan siyasi qüvvələr də artıq hərəkətə keçib. Ermənistan parlamentinin sabiq deputatı Ruben Akopyan: "...ya xahiş edək, ya da zorla izah etmək lazımdır ki, o, Qarabağ məsələsi ilə bağlı, ümumiyyətlə, heç bir fikir bildirməməli, xüsusilə də beynəlxalq media ilə görüşdən çəkinməlidir. "Rossiya-1” kanalına verdiyi müsahibədə o, bunu inadla sübut etdi. Hətta BBC müxbiri tərəfindən alçaldılması ona dərs olmadı” - deyərək, əslində Nikol Paşinyana "kəs səsini” söyləyib. Həmçinin bildirib ki, onun "Qarabağ Ermənistandır” sərsəm bəyanatı sülh danışıqlarının pozulması və hərbi münaqişənin daha da alovlanmasına səbəb olub. Bu, gələcəkdə Paşinyanın çarmıxa çəkiləcəyinə ilk işarədir.

Bilirik ki, erməni cəmiyyətində kilsənin rolu böyükdür. Səbəb tarixən ermənilərin dövlətinin olmaması ilə bağlıdır. Bu millətin siyasi idarəetmə sistemi olmadığı üçün həmin funksiyanı kilsə üzərinə götürüb. Erməni yepiskopu mətbuata açıqlamasında deyib ki, Türkiyənin Ermənistana qarşı vuruşduğuna inanmır. Keşiş bu fikri ona görə söyləyir ki, Nikol Paşinyan erməni ordusunun üzləşdiyi ağır məğlubiyyəti gizlətmək üçün onlara qarşı Türkiyə ordusunun vuruşduğunu bildirməklə məsuliyyətdən yayınmaq istəyir. Buna heç kəs, elə Paşinyanın özü də inanmır. Düşdüyü çətin vəziyyətdən çıxmaq üçün şər-böhtana əl atır.

Azərbaycan Ordusunun apardığı uğurlu döyüş əməliyyatları müharibədə kimin qalib olduğunu müəyyənləşdirəcək. Paşinyan onu gözləyən daha böyük məğlubiyyətlərdən yaxa qurtarmaq üçün yalvarmadığı beynəlxalq təşkilat, dövlət başçısı qalmayıb. Erməni baş naziri atəşkəsə nail olmaq üçün iki dəfə Rusiya Prezidenti Vladimir Putinə yalvarmasına baxmayaraq, ortada bir nəticə yoxdur. Qonşu ölkə rəhbərinin nala-mıxa vuran siyasəti, xəyanət yolunu tutması "Moskva göz yaşlarına inanmır” fikrinə gəlməyə əsas yaradır. Belə deyirlər ki, ən sonda ümid ölür. Bu dəfə isə ermənilərin Moskvaya olan ümidi lap əvvəldə ölüb. Həmişə tərifləyib göylərə qaldırdığı "ən yaxın müttəfiq”i bu dəfə onları pis vəziyyətdə qoyub. Belə hal isə ermənilər üçün qiyamətin başlanması deməkdir.

Dünyanın nüfuzlu hərbi ekspertlərinin yekdil fikri belədir ki, müharibə Azərbaycanın qələbəsi ilə bitəcək. Buna Azərbaycan xalqı da şübhə etmir. Hər bir müharibənin başlandığı kimi, başa çatdığı günolur. Azərbaycan tarixində sentyabrın 27-si və Qələbə günümüz qızıl hərflərlə yazılacaq.

Bundan sonra ermənilərin məğlubiyyətlərinin təsdiq edilməsi üçün imza atması gərəkdir. İnanmıram ki, bu sənədi imzalamaq Nikol Paşinyana qismət olsun. Səbəbi budur ki, 2016-cı ilin Aprel döyüşlərindəki məğlubiyyətə görə keçmiş iqtidardakıları vətənə xəyanətdə suçlayıb sorğu-suala çəkdirən, həbsxanalara atdıran baş naziri kimsə bağışlamayacaq. Ondan Ermənistanın hərbi məğlubiyyətinin, sosial problemlərinin pik həddə çatmasının səbəbi soruşulacaq. Ermənistanda xaos və silahlı qarşıdurmalarla müşahidə olunacaq prosesdə diqqət Nikol Paşinyana yönələcək. O, törətdiyi siyasi hərbi avantüraya və cəbhədə olan məğlubiyyətə görə cavab verməli olacaq. Görünən odur ki, Paşinyan ya intihar edəcək, ya da erməni xalqı onu meydanda çarmıxa çəkəcək. Bu, onun öz günahıdır. Prezident İlham Əliyev vaxtında xəbərdarlıq edərək demişdir ki, onun siyasi taleyi Azərbaycan xalqının qərarından asılıdır.

 

Rüstəm KAMAL

Azərbaycan.-2020.- 6 oktyabr.- S.11.