Ermənistanın Gəncəni
atəşə tutması nəticəsində yaralananlardan biri də 8
yaşlı qızcığazdır
Ermənistan silahlı qüvvələrinin Gəncəni artilleriya atəşinə tutması nəticəsində 1 nəfər ölüb, 32 nəfər yaralanıb. Xəsarət alanlardan biri də 8 yaşlı Banu İbrahimovadır.
AZƏRTAC-ın bölgə müxbiri Banu ilə onun müalicə aldığı xəstəxanada görüşüb. Başından yaralanan azyaşlı deyib ki, hadisə səhər saatlarında baş verib və ailəsi ilə birgə evdə olublar: “Səhər otaqda idik. Qardaşım, anam, nənəm, bir də mən. Mərmi atdılar evimizə düşdü. Başımdan yaralandım”.
Qeyd edək ki, erməni hərbçiləri
beynəlxalq hüququn norma
və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və
onların Əlavə Protokollarını, BMT-nin
Təhlükəsizlik Şurasının qərar və qətnamələrini
kobud şəkildə pozaraq
döyüş əməliyyatlarının
aparıldığı bölgəyə aidiyyəti olmayan, Azərbaycanın ikinci
böyük şəhəri Gəncənin
mülki əhalisinin sıx
yaşadığı məntəqələrə zərbələr
endirib.
Azərbaycan.-2020.- 6 oktyabr.- S.10.