Düşmən ordusu qorxu və səksəkə içində
qaçır
Azərbaycan əsgərinin qarşısında
işğalçı öz
silahını və döyüş
bayrağını da atır
Müzəffər ordumuzun uğurlu əməliyyatları davam edir. Haqq savaşı aparan Azərbaycan əsgəri hər gün yeni zəfərlər qazanır. Cəbhədən gələn xoş xəbərlər ölkə ictimaiyyətini daha da qürurlandırır.
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq vurulan atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içində silah-sursatlarını atıb mövqelərindən qaçır, panikada olan düşmən geri çəkilir və ya ağ bayraq qaldıraraq təslim olur.
Döyüşlərin başladığı ilk günlərdə erməni əsgərinin "şücaət”indən danışan işğalçı ölkənin rəsmi dairələri artıq həqiqəti açıqlamaq məcburiyyətində qalıb. Dağlıq Qarabağda separatçı rejimin "mətbuat katibi” Vaqram Poqosyanın "cəbhənin bəzi istiqamətlərində qoşunlar geri çəkildi” etirafı bunu təsdiqləyir.
Azərbaycan Ordusu qarşısında mübarizəyə tab gətirməyən erməni əsgəri hərbi zireh və texnikalarını, döyüş bayrağını ataraq ərazidən qaçır.
Ermənilərin döyüş meydanında qoyub qaçdığı hərbi texnikaları nəzərdən keçirdikdə maraqlı fakt aşkarlanıb. Məlum olub ki, erməni əsgərlərinin döyüş meydanından qaçacağını başa düşən ordu rəhbərliyi onların qolunu sükana qandallamaq qərarına gəlib. Bundan başqa, yük maşınlarının qapısındakı kilidlər də sındırılır ki, əsgər çətin vəziyyətə düşərsə, qaça bilməsin.
Bəllidir ki, hərbi hissəsinin döyüş bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. Döyüş bayrağı itirildikdə hərbi hissənin komandiri və bu rüsvayçılığa bilavasitə müqəssir olan hərbi qulluqçular məhkəməyə verilməli, hərbi hissə isə ləğv edilməlidir. Ancaq Ermənistanın terrorçu siyasi hakimiyyətinin bayrağını, silahını atıb qaçan erməni əsgərini, zabitini məhkəməyə çəkməsinə, hərbi hissəsini ləğv etməsinə zatən ehtiyac olmayacaq. Çünki Azərbaycan Ordusu həmin erməni hərbçisini məhv edir, hərbi bazalarını, hissələrini göyə sovurur.
İndiyədək keçirilən əməliyyatlarda düşmənin xeyli sayda tank və digər zirehli texnikası, artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, hava hücumlarından müdafiə vasitələri, komanda-idarəetmə və komanda müşahidə məntəqələri, silah-sursat anbarları, yüzlərlə avtomobil texnikası, S-300 zenit-raket kompleksi məhv edilib.
Təkcə oktyabrın 5-də Ermənistan silahlı qüvvələrinin 63-cü tank taborunun daha 3 tankı məhv edilib. Qoşunlarımızın zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının 2 ədəd, 41-ci artilleriya alayının 2 ədəd BM-21 "Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb.
Ermənistan silahlı qüvvələrinin Hadrutda yerləşən 1-ci motoatıcı alayının müdafiə sahəsində silah-sursat, ərzaq və yanacaq çatışmazlığı yaranıb. Alayın 3-cü taborunun şəxsi heyəti, eyni zamanda hərbi hissənin sürücüləri də döyüş və avtomobil texnikalarını ataraq geriyə qaçıb.
Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Sarıcallı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi düşməndən azad edib.
İşğal altında olan torpaqlarımız azad olunur. Bu danılmaz bir faktdır. Hazırda bütün cəbhəboyu,
o cümlədən cəbhənin
Cəbrayıl-Füzuli istiqamətində
əməliyyat və
hərbi üstünlüyümüz
davam edir. Ermənistan ordusunun fəlakətdən
qurtulmasının yeganə
yolu işğal olunmuş torpaqlardan dərhal çıxmasıdır.
Budur Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusunun yüksək döyüş ruhu, qələbə əzmi...
Ordumuz nəyə qadir olduğunu döyüş
meydanında göstərir.
Bu qələbələrlə
müzəffər Ordumuz
bizi torpaqlarımızın
tam azad olunacağı
günə sürətlə
yaxınlaşdırır.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2020.-7 oktyabr.- S.1; 11.