Ermənistanın şəhərlərimizə
raket atəşləri ilə
bağlı toplanmış faktlar beynəlxalq
təşkilatlara göndəriləcək
Ermənistanın Azərbaycan şəhərlərinə raket atəşləri ilə bağlı toplanmış faktlar müvafiq beynəlxalq təşkilatlara təqdim ediləcək.
AZƏRTAC
xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat
xidməti idarəsinin rəisi Leyla Abdullayeva oktyabrın 5-də
keçirilən brifinqdə söyləyib.
Leyla
Abdullayeva qeyd edib ki, Azərbaycan tərəfində olan dəqiq
faktlara və məlumatlara əsasən, respublikamızın Gəncə,
Mingəçevir şəhərləri, Abşeron və
Xızı rayonları Ermənistanın Gorus, Sisyan, Vardenis,
Cermuk və Berd şəhərlərindən raket atəşlərinə
məruz qalıb. “Əlimizdə olan,
xüsusilə həm yerli, həm də
beynəlxalq ekspertlərin, hadisə yerində olan
reportyorların və xarici jurnalistlərin
iştirakı ilə toplanmış faktlar
Azərbaycan tərəfindən müvafiq
beynəlxalq təşkilatlara təqdim ediləcək”, - deyə
L.Abdullayeva bildirib.
Azərbaycan.-2020.- 6 oktyabr.- S.12.