Dövlət Təhlükəsizliyi Xidməti Qarabağda döyüşən kürd terrorçularının səsini
yayıb
Ermənistan Azərbaycan Respublikasına qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ictimai əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilib.
Məlumatda ölkəmiz əleyhinə
hərbi əməliyyatlarda iştirak edən
PKK ilə əlaqəli terrorçuların radio
danışıqlarının ələ keçirildiyi
qeyd olunub. Həmin səs yazılarında terrorçular
erməni tərəfində vəziyyətin ağır və
itkilərin çox olması, azərbaycanlılar
tərəfindən dronların effektli tətbiqi
barədə müzakirələr aparır, ermənilərin
məlumatlarına aldanaraq münaqişə
bölgəsinə gəldiklərindən
peşmançılıq keçirdiklərini bildirirlər.
Azərbaycan.-
2020.-7 oktyabr.- S.12.