Dmitri Savelyev: Gəncənin atəşə
tutulması dünya birliyi
tərəfindən qətiyyətlə pislənilməlidir
Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə raket zərbələrinə məruz qalıb. Zənnimcə, cəbhə xəttindən 60 kilometr məsafədə yerləşən şəhərin atəşə tutulması birmənalı olaraq məhz dinc sakinlərə zərbə endirmək, Azərbaycan xalqına ziyan vurmaq niyyəti daşıyır. Mahiyyətinə görə müharibə cinayəti olan bu hücum nəticəsində 1 nəfər ölüb, 32 nəfər yaralanıb.
AZƏRTAC
xəbər verir ki, bu barədə RF Dövlət
Dumasının deputatı, “Rusiya-Azərbaycan” dostluq qrupunun rəhbəri
Dmitri Savelyev bildirib.
“Oxşar
hadisələrə gələcəkdə yol verilməməsi
üçün dünya birliyi buna bənzər hərəkətləri
qətiyyətlə pisləməli və Ermənistanın rəsmi
hakimiyyət orqanlarına təzyiq göstərməlidir. Rusiya Azərbaycanın ərazi bütövlüyünün tanınması və
Dağlıq Qarabağ münaqişəsinin
beynəlxalq hüquq çərçivəsində
dinc yolla həll
olunmasının vacibliyi mövqeyində durur. Dinc sakinlərin, eləcə də hərbi əməliyyatların
iştirakçılarının ölümü
hamı üçün
ağrı-acıdır, bütün işğal olunmuş ərazilərdən
qoşunların dərhal çıxarılması yolu ilə qan
tökülməsinin qarşısını almaq
lazımdır”, - deyə rusiyalı deputat
qeyd edib.
Azərbaycan.-2020.- 6 oktyabr.- S.12.