Ermənistan Silahlı Qüvvələrinin
jurnalistlərə qarşı davranışı beynəlxalq
hüququn norma və
prinsiplərinə təhdiddir
Azərbaycan Mətbuat Şurası Ermənistan silahlı qüvvələrinin hərbi təxribatları ilə əlaqədar beynəlxalq təşkilatlara, xarici media qurumlarına müraciət edib.
Bu barədə AZƏRTAC-a Mətbuat Şurasından
məlumat verilib. Müraciətdə deyilir:
“Ermənistan silahlı
qüvvələrinin törətdikləri
hərbi təxribatlara
cavab olaraq Azərbaycan sentyabrın
27-dən əks-hücum əməliyyatına
qərar verib, Ermənistanın işğalı
altında qalan torpaqlarını azad etməyə başlayıb.
Təəssüf hissi ilə bildiririk ki, Ermənistan 1990-cı illərdə
Azərbaycan torpaqlarının
işğalı ilə
beynəlxalq hüququ
necə pozmuşdursa,
bu gün müharibə şəraitinin
tənzimlənməsinə dair beynəlxalq hüququn norma
və prinsiplərini də eyni kobudluqla
pozur. İşğalçı
ölkənin hərbi
birləşmələri Azərbaycanın
mülki əhalisi ilə yanaşı, bölgədə peşə
fəaliyyətini həyata
keçirən media təmsilçilərini
də hədəfə
alır, atəş açır, onların operativ, reallığı
əks etdirən obyektiv materiallar hazırlamasına maneçilik
törədir, həm
Azərbaycan, həm də dünya ictimaiyyətinin gerçəkliklərdən
xəbərdar olmasının
qarşısını alır.
Sentyabrın 29-da Azərbaycan İctimai Televiziyasının (İTV) əməkdaşları
Tərtər rayonu ərazisində Ermənistan
silahlı birləşmələrinin
hücumuna məruz qalıblar. Nəticədə şirkətə məxsus avtomobil yararsız hala düşüb, TV əməkdaşları
yalnız möcüzə
nəticəsində sağ
qalıblar.
Ermənistan silahlı birləşmələri
sentyabrın 30-da da eyni hərəkətlərini
davam etdiriblər. Belə
ki, həmin gün “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı
Səhmdar Cəmiyyətinin
(AzTV) Bərdə-Tərtər
rayonları üzrə
əməkdaşı Elnur
Ələkbərov, onun
sürücüsü və
operatoru, həmçinin
telekanalın Füzuli
rayonu üzrə əməkdaşı Vüsal
Qaraca, onun operatoru və sürücüsü atəşə
məruz qalıblar. Silahlı hücumla üzləşmiş
jurnalistlərin üzərində
“PRESS” yazılmış gödəkçələri,
tanınma nişanları
olub. Onların istifadə etdikləri
avtomobillər də kütləvi informasiya vasitələrinin loqolorı
ilə nişanlanıb.
Bütün bunları nəzərə
alaraq deyə bilərik ki, jurnalistlərin atəşə
tutulması məqsədli
təxribat xarakteri daşıyıb. Ümumən hazırda Ermənistan silahlı qüvvələrinin
media nümayəndələrini və dinc əhalini
atəşə tutması
adi hal alıb.
Onu da bildiririk ki, Ermənistan tərəfindən
beynəlxalq ictimaiyyəti
məhz media müstəvisində
çaşdırmağa yönələn
cəhdlər göstərilməkdədir. İşğalçı ölkə bəzi transmilli media orqanlarının
əməkdaşlarını bölgəyə gətirir,
ancaq onların təhlükəsizliklərini təmin
etmir. Fransanın “Le Monde” qəzetinin əməkdaşları ilə
bağlı yaranmış
insident bunun əyani sübutudur.
Azərbaycan Mətbuat Şurası bildirir ki, Ermənistanın
media müstəvisində manipulyasiyalar
törətməsi, azərbaycanlı
jurnalistlərə qarşı
qaydasız davranması
Cenevrə Konvensiyasının
müvafiq müddəalarının,
BMT Təhlükəsizlik Şurasının
1738 (2006), həmçinin 2222 (2015) saylı qətnamələrinin
tələblərinə ciddi
sayğısızlıqdır.
Əminik ki, siz dünyanın
mütərəqqi aparıcı
institutları olaraq Ermənistan hakimiyyətinin
və silahlı qüvvələrinin hərəkətlərinə
biganə qalmayacaqsınız.
Sizi
müvafiq təsiredici tədbirlər görməyə, beynəlxalq
jurnalist ictimaiyyətinin diqqətini
vurğuladığımız məqamlara çəkməyə
çağırırıq”.
Azərbaycan.-2020.- 6 oktyabr.- S.15.