Rusiyalı politoloq:
Azərbaycanın Gəncə şəhərinin atəşə
tutulması onu göstərir ki, Ermənistan ordusu Azərbaycan
əhalisinə münasibətdə terror
siyasəti yürüdür
Qarabağda cəbhə xəttindən onlarca kilometr məsafədə yerləşən, əhalisi yalnız dinc sakinlər olan Azərbaycanın Gəncə şəhərinin atəşə tutulması onu göstərir ki, Ermənistan ordusu Azərbaycan əhalisinə münasibətdə terror siyasəti yürüdür.
AZƏRTAC
xəbər verir ki, bu sözləri rusiyalı politoloq
Aleksandr Ryabtsov söyləyib.
Rusiyalı politoloq deyib: “Məsələ burasındadır ki, Azərbaycan ordusu Azərbaycanın hamılıqla tanınmış əraziləri olan işğal edilmiş rayonlardan və Dağlıq Qarabağın özündən kənarda yerləşən obyektləri atəşə tutmur. Beynəlxalq hüquq baxımından Azərbaycan yalnız öz ərazilərinin işğaldan azad edilməsi uğrunda müharibə aparır və bu mənada o, hər hansı konvensiyaları, hüququ və razılaşmaları pozmur.
Erməni ordusu Azərbaycanın Gəncə şəhərini atəşə tutub. Nəticədə azı bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Beləliklə, Ermənistan özünü işğalçı və terrorçu ölkə kimi göstərib. Azərbaycan ərazisinə, Azərbaycan şəhərlərinə atəş açmaqla Ermənistan beynəlxalq qanunvericiliyi pozur, bilərəkdən cinayət törədir. Bu ciddi cinayətə Beynəlxalq Cinayət Məhkəməsində, habelə BMT-nin Haaqa Beynəlxalq Məhkəməsində baxılmalıdır.
Problemin mahiyyətini bilməyənlər
nəzərə almalıdırlar ki, Gəncə
şəhəri döyüş əməliyyatları
zonasından təxminən 60 kilometr
aralıda yerləşir. Gəncə hər hansı kiçik kənd deyil, 500
min əhalisi olan iri şəhərdir. Bu
şəhərdə məktəblər, xəstəxanalar, uşaq bağçaları var.
Bir mərmi düşməsi onlarca insanın – qadınların və
uşaqların həyatı bahasına başa
gələ bilər. Erməni qoşunları və onların
Xankəndidəki, Yerevandakı rəhbərləri nə
etdiklərini başa
düşürdülərmi? Əlbəttə, lap yaxşı başa
düşürdülər. Başa
düşürdülər və maksimum sayda insan tələfatına
nail olmağa ümid edərək atəş
açırdılar. Mənim fikrimcə bu, heç şübhəsiz,
Azərbaycanı cavab hərəkətlərinə
sövq etmək, sonra
isə şivən qoparmaq və bu hərəkətlərə beynəlxalq
münasibət bildirilməsini tələb etmək üçün nəzərdə tutulan beynəlxalq cinayətdir”.
Azərbaycan.-2020.- 6 oktyabr.- S.15.