Azərbaycan Avrasiyada münasibətlərin möhkəmlənməsi istiqamətində qardan Türkiyə ilə birgə ardıcıl fəaliyyət göstərməkdədir

 

XXIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına

 

 

 

Hörmətli sammit iştirakçıları!

 

Sizi səmimi qəlbdən salamlayır "Mərmərə QrupuStrateji Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə gerçəkləşdirilən növbəti Avrasiya İqtisadi Zirvə Toplantısının öz işinə başlaması münasibətilə təbrik edirəm. Vəqfin sülh dialoqun təşviqinə, regional qlobal əməkdaşlığın genişləndirilməsinə töhfələrini yüksək qiymətləndirirəm.

 

Avrasiya İqtisadi Zirvə toplantıları Avrasiya bölgəsində iqtisadi, siyasi münasibətlərin inkişafı xalqlar arasında əlaqələrin dərinləşməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Regional əməkdaşlığın mühüm platformalarından birinə çevrilmiş bu ənənəvi görüşlərdə zamanın yeni çağırışlarının müasir inkişaf meyillərinin daim diqqət mərkəzində saxlanılması təqdirə layiqdir. XXIII sammitin gündəliyində postpandemiya dövrünün əsas prioritetləri beynəlxalq miqyasda böyük təhlükə təşkil edən terrorizm problemlərinin geniş müzakirəsinin nəzərdə tutulması bunun bariz nümunəsidir.

 

Azərbaycan uzun illərdən bəri Avrasiyada münasibətlərin möhkəmlənməsi, ölkələrin iqtisadi potensialının təbii ehtiyatlarının xalqların rifahına tərəqqi məqsədlərinə yönəlməsi istiqamətində region dövlətləri, o cümlədən qardaş Türkiyə ilə birgə ardıcıl fəaliyyət göstərməkdədir. Türkiyənin artan gücünün təzahürü olaraq enerji təhlükəsizliyi sahəsində atdığı önəmli addımlar bizi sevindirir.

 

Bununla yanaşı, Avrasiya məkanında sabitliyi təhdid edən mühüm amil ErmənistanAzərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək öz həllini tapmamasıdır. Avantürist Ermənistan rəhbərliyi dünyanın diqqətinin pandemiya ilə mübarizəyə yönəlməsini fürsət bilərək ölkəmizə qarşı hərbi təxribatları gücləndirmişdir. Sentyabrın 27-də törədilmiş təxribat Ermənistanın məhz dövlət səviyyəsində otuz ildən artıq yürütdüyü terrorizm işğalçılıq siyasətinin davamıdır.

 

Bir daha bəyan edirəm ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi, əzəli tarixi torpağımızdır. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü, suverenliyi sərhədlərimizin toxunulmazlığı çərçivəsində həll olunmalıdır. Müasir dünyada sülhün əmin-amanlığın qorunmasına layiqli töhfələr verən qardaş Türkiyə həmişə olduğu kimi bu gün bizimlə həmrəydir, qətiyyətli mövqeyini ifadə edərək torpaqlarımızın işğaldan azad olunması naminə haqq işimizi dəstəkləyir. Bizə böyük mənəvi güc verən bu misilsiz dəstəyinə görə Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğana Türkiyə xalqına bir daha dərin minnətdarlığımı bildirirəm. Qələbə bizimdir. Qarabağ Azərbaycandır!

 

İnanıram ki, bu toplantıda aparacağınız fikir mübadiləsi müzakirələr qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlərin müəyyənləşməsində faydalı olacaqdır.

 

Zirvə Toplantısının işinə uğurlar arzulayıram.

 

 

 

İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 oktyabr 2020-ci il.

 

 

 

Azərbaycan.- 2020.- 8 oktyabr.- S.4.