Rusiya Prezidenti: “Döyüş əməliyyatları Ermənistan
ərazisində aparılmır”
Məlumdur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, bu müqavilə çərçivəsində bizim Ermənistan qarşısında müəyyən öhdəliklərimiz var. Lakin biz çox təəssüflənirik ki, döyüş əməliyyatları indiyədək davam edir, bu əməliyyatlar Ermənistan ərazisində aparılmır.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə “Rossiya-1” telekanalına müsahibəsində bildirib. Rusiya Prezidenti Dağlıq Qarabağ ətrafındakı son hadisələri necə dəyərləndirir sualının cavabında deyib: “Bu, faciədir, biz çox narahatıq. Azərbaycan da, Ermənistan da, Dağlıq Qarabağ da – bütün bu ərazilərdə yaşayan insanlar bizə yad deyillər. Bunu demək kifayətdir ki, bizim hesablamalara görə bizdə, Rusiyada təqribən 2 milyon azərbaycanlı və 2 milyondan çox erməni yaşayır. Rusiyanın çoxsaylı vətəndaşları hər iki respublika ilə sıx dostluq və hətta qohumluq əlaqələri saxlayır.
Əlbəttə, bu, böyük faciədir. İnsanlar həlak olur, hər iki tərəf böyük itkilər verir. Biz ümid edirik ki, ən yaxın zamanda bu münaqişə dayandırılacaq. Lakin əgər münaqişə tamamilə başa çatmasa, - hər şeydən görünür ki, bu, hələ tezliklə olmayacaq, - hər halda biz atəşkəsə çağırırıq, bunu bir daha demək istəyirəm, çağırırıq. Özü də bunu mümkün qədər tezliklə etmək lazımdır”.
Rusiya lideri xatırladıb ki,
Ermənistan Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının üzvüdür
və bu müqavilə çərçivəsində
Rusiyanın Ermənistan qarşısında müəyyən
öhdəlikləri var. Prezident
Vladimir Putin deyib: “Lakin biz
çox təəssüflənirik ki, döyüş əməliyyatları
indiyədək davam edir,
bu əməliyyatlar Ermənistan ərazisində
aparılmır. Rusiyanın bu müqavilə
çərçivəsində öz
öhdəliklərini yerinə yetirməsinə gəldikdə
isə, biz öz
öhdəliklərimizi həmişə yerinə yetirmişik, yetiririk və
yetirəcəyik. Bildiyiniz kimi,
mən Ermənistanın baş naziri ilə daim canlı əlaqə
saxlayıram, Rusiyanın öz müttəfiqlik
öhdəliklərini nə dərəcədə yerinə
yetirməsi ilə əlaqədar Ermənistan rəhbərliyinin
heç bir sualı yoxdur”.
Azərbaycan.-
2020.-8 oktyabr.- S.4.