Ümumdünya Elm və İncəsənət
Akademiyasının prezidenti və Baş icraçı direktoru
Qarri Yakobsdan
Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri,
Ümumdünya
Elm və İncəsənət Akademiyası Dağlıq
Qarabağda hazırda baş verən hadisələri
böyük narahatlıqla izləyir. Həlak olanlara rəhmət,
yaralılara şəfa diləyirik. Biz akademiklər
inanırıq ki, BMT-nin 75-ci ildönümündə hər kəs
BMT Təhlükəsizlik Şurasının qətnamələrinə
hörmət etməli və onlara uyğun davranmalıdır.
Son
on il ərzində biz müttəfiqimiz olan Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi ilə dialoq, tolerantlıq və
anlaşmanın təşviq olunması istiqamətində
sıx əməkdaşlıq etmişik. Ümid edirik ki, bu,
dünyaya fayda verməyə davam edəcək.
Hörmətlə,
Qarri Yakobs
Ümumdünya Elm və İncəsənət
Akademiyasının prezidenti və Baş icraçı
direktoru.
Azərbaycan.-2020.- 10 oktyabr.- S.3.