Qoşulmama Hərəkatından Azərbaycana ciddi dəstək

 

Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilmiş Nazirlər səviyyəsində görüşünün iştirakçıları xüsusi bəyanat qəbul ediblər.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda Hərəkatın üzv dövlətləri Ermənistan-Azərbaycan münaqişəsində hərbi əməliyyatların yenidən başlanmasını şiddətlə qınayır, insan itkisi və mülki əhaliyə təsirinə görə təəssüflənirlər.

Qoşulmama Hərəkatının nazirlər görüşü Ermənistan ilə Azərbaycan arasında münaqişənin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri (S/RES/822, S/RES/853, S/RES/874, S/RES/884) əsasında həllinə dəstəyini bir daha təsdiqləyir.

Hərəkatın üzv dövlətləri Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini ifadə edir və təşkilatın prinsipial mövqeyinə uyğun olaraq, Azərbaycan ilə həmrəyliklərini bildirirlər.

Üzv dövlətlər, həmçinin Birləşmiş Millətlər Təşkilatının Baş katibinin 2020-ci il 27 sentyabr tarixli müvafiq çağırışını nəzərə alıblar.

 

Azərbaycan.-2020.- 10 oktyabr.- S.4.