Azərbaycanın Birinci vitse-prezidentinin
köməkçisi “La Tribune de
Genève” qəzetinə müsahibə
verib
Azərbaycanın Birinci vitse-prezidentinin
köməkçisi Elçin
Əmirbəyov İsveçrədə
çıxan məşhur
"La Tribune de Genève” qəzetinə
müsahibə verib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin
Əmirbəyov Azərbaycanın
yaşayış məntəqələrinin
hər gün Ermənistan ərazisindən
raket atəşinə
tutulmasını "müharibə
cinayətləri” və
"beynəlxalq hüququn
hiddətləndirici şəkildə
pozulması” kimi səciyyələndirərək, beynəlxalq birliyi Ermənistanın bu hərəkətlərini pisləməyə
çağırır. O, Azərbaycanın
heç bir təqsiri olmayan mülki vətəndaşlarının
bundan sonra da həlak olmasının
qarşısını almaq
üçün konkret
tədbirlər görməyə
çağırıb.
E.Əmirbəyovun sözlərinə görə,
döyüş meydanında
çıxılmaz vəziyyətə
düşdüyünü anlayan Ermənistan Azərbaycanı Ermənistan
ərazisinə cavab zərbələri endirməyə
təhrik etməyə
çalışır ki,
üçüncü ölkələrin,
xüsusən Rusiyanın
bu münaqişəyə
Ermənistanın tərəfində
qoşulması üçün
"tutarlı əsas”
olsun.
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi müsahibədə
qeyd edir ki, bu günə
qədər Azərbaycan
ordusu 20-yə yaxın
kəndi və bir şəhəri erməni işğalından
azad edib.
E.Əmirbəyov Türkiyənin bu münaqişədə Azərbaycanın
tərəfində iştirakı
barədə sualın
cavabında qəti şəkildə bildirib ki, Yerevanın yaydığı yalan məlumatlara rəğmən,
Türkiyə döyüş
əməliyyatlarına əsla
qoşulmayıb.
Müsahibədə vurğulanır ki, Ermənistan öz qonşusunu "erməni əhaliyə qarşı
soyqırımı” törətməkdə
təqsirləndirir. Bakı isə
bunu təkzib edir və xatırladır
ki, 1980-ci illərin axırlarında 200 min azərbaycanlı
Ermənistandan qaçmağa
məcbur olub. Azərbaycan tərəfi Ermənistanı
öz ölkəsində
və işğal edilmiş ərazilərdə
"etnik təmizləmə”
aparmağa görə
qınayır.
Yüksək vəzifəli Azərbaycan
diplomatı hərbi əməliyyatların dayandırılması
və danışıqların
bərpa olunması perspektivlərindən söhbət
açaraq bildirib ki, heç nə, o cümlədən
"Bakının istəmədiyi
halda” münaqişənin
regional miqyas alması
istisna olunmur. Bakı
Minsk qrupunun həmsədrləri
olan ABŞ-ı, Rusiyanı
və Fransanı da təqsirləndirir ki, onlar 30 il
ərzində vasitəçilik
fəaliyyətini həyata
keçirir, lakin bu müddətdə Ermənistanın çoxsaylı
provokasiyalarına göz
yumub, gözləmə
mövqeyi tutub və beləliklə təcavüzkarın cəzasız
qalmasına şərait
yaradıblar.
E.Əmirbəyov deyib: "Atəşkəs
yaxşı niyyətdir,
lakin o, möhkəm sülhün bərqərar
olması üçün
kifayət deyil, atəşkəs konkret nəticələr əldə
edilməsinə, daha dəqiq desək, BMT Təhlükəsizlik Şurasının
müvafiq qətnamələrində
tələb edildiyi kimi, erməni silahlı qüvvələrinin
Azərbaycanın işğal
edilmiş ərazilərindən
tamamilə çıxarılmasına
yönəlmiş substantiv
danışıqlarla müşayiət
olunmalıdır.
Bakı sülh prosesinin bərpa olunmasına hazırdır və biz bəzi görüşlərə
ev sahibliyi etmək təkliflərinə
görə İsveçrə
tərəfə minnətdarıq,
lakin əvvəlcə
bilməliyik ki, bu danışıqlardan nə gözləyirik, dəqiq gündəlik nədən ibarətdir və bizi hansı
nəticələr gözləyir”.
Azərbaycan.-2020.- 10 oktyabr.- S.6.