Ermənistan məqsədyönlü
şəkildə dövlət sərhədində təxribat
törətdi
Oktyabrın 9-da saat 20:00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən sahəsində yerləşən Azərbaycan Ordusunun müdafiə mövqelərindən Ermənistan ərazisində atışma səsləri və partlayış müşahidə olunub.
AZƏRTAC
xəbər verir ki, bu barədə
Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Ermənistanın Vardenis rayonunun Günəşli və Ağyoxuş kəndlərində yerləşən düşmən mövqelərindəki hərbi qulluqçular əvvəlcə müxtəlif atıcı silahlardan bir-birinə doğru atəş açmışlar. Bir az sonra isə Günəşli kəndində partlayış baş verib və yanğın müşahidə olunub.
"Bildiririk ki, baş verən insidentə Azərbaycan Ordusu bölmələrinin heç bir aidiyyəti yoxdur. Bu təxribat, erməni xalqı və beynəlxalq aləmin diqqətinin Ermənistan rəhbərliyinin hərbi və siyasi meydanda uğradığı iflasdan yayındırmaq məqsədi daşıyır.
Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi düşmənin bu təxribatını kəskin qınayır
və bildirirk ki, bu əmələ görə bütün
məsuliyyət Ermənistan tərəfinin üzərinə
düşür", - deyə Müdafiə
Nazirliyinin məlumatında qeyd olunur.
Azərbaycan.-2020.- 10 oktyabr.- S.7.