Prezidentə yazırlar: Göstərdiyiniz qətiyyətə,
xalqımız üçün gördüyünüz
işlərə görə Sizə minnətdarıq
Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurması, bir sıra yaşayış məntəqələrini azad etməsi, əldə etdiyi digər qələbələr vətəndaşlarımız, xaricdə yaşayan soydaşlarımız, həmçinin bir sıra digər ölkələrin vətəndaşları tərəfindən böyük sevinclə qarşılanır. Onlar sevinc və qürur hisslərini Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə yazdıqları məktublarda ifadə edirlər.
AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.
Rusiyanın Vladimir şəhərindən Təranə Xəlilova dövlətimizin başçısına minnətdarlığı bu sözlərlə ifadə edir: "Əziz Prezidentimiz. Sizə olan minnətdarlığımı sözlə ifadə etməkdə çətinlik çəkirəm. Sizin gördüyünüz işin dəyəri olduqca böyükdür. Bu günlərdə özümü çox xoşbəxt hiss edirəm. Bu Sizin sayənizdədir. Allah Sizi, bütün ailə üzvlərinizi qorusun. Mən Qarabağ bölgəsində doğulmasam da, bütün bu illər ərzində oranın işğal altında olması daim səadətli anlarıma kölgə salıb. Allah Sizin kölgənizi Azərbaycanın başı üzərindən əskik etməsin. Sizə nə qədər təşəkkür etsəm, yenə də azdır. Çox sağ olun. Nə yaxşı ki, varsınız”.
Almaniyanın Köln şəhərindən Rəşad Quliyev: "Hörmətli cənab Prezident. Sizin komandanlığınızla rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi üstünlüklər və qələbə xəbərləri Dünya Azərbaycanlıları Assambleyası üzvlərini də son dərəcə sevindirir. İllərdir həyata keçirdiyiniz uğurlu xarici siyasətiniz bu gün də öz bəhrəsini verir. Biz də dünya azərbaycanlıları olaraq bu siyasətinizi dəstəkləyirik və bu yolda üzərimizə düşən öhdəlikləri layiqincə yerinə yetirməyə çalışırıq. Qeyd etmək istərdim ki, biz də öz növbəmizdə Ermənistanın işğalçılıq siyasətini, vandal rəftarını, terrorçu və antihumanist addımlarını dünya ictimaiyyətinə çatdırırıq. Son günlərdə informasiya müharibəsi zəminində bu təşəbbüslərimizi intensivləşdirmişik. Nəzərinizə çatdırmaq istərdim ki Sizin "Qarabağ Azərbaycandır!" şüarınız beynəlxalq aləmdə devizimizə çevrilib. Dünya azərbaycanlıları yekdilliklə Sizin arxanızdadır. Hörmətli cənab Prezident, dünya azərbaycanlıları birmənalı şəkildə Sizin mövqeyinizi dəstəkləyir və erməni işğalçılar işğal olunmuş əraziləri tərk etməyənədək durmaq yox, ancaq irəli getmək lazımdır.
Qazaxıstanın Almatı şəhərindən Qəhrəman Sadiyev yazır: "Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Biz xaricdə yaşayan azərbaycanlılar son günlərdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlarında Sizin rəhbərliyinizlə ordumuzun terrorçulara qarşı apardığı mübarizədə Sizi dəstəkləyirik. Uzun illər düşmən tapdağı altında inləyən torpaqlarımızın azad olunması naminə apardığınız ədalətli mübarizədə Sizinləyik və hər zaman Sizin yanınızda olduğumuzu bəyan edirik. Qürurla, mətanətlə döyüşməyə, torpaqlarımızı düşmənlərdən azad etməyə son damla qanımıza qədər hazırıq”.
İsrailin paytaxtı Təl-Əvivdən David Rafaeli: "Hörmətli cənab Prezident. 2019-cu ildə ölkənizə səfərim zamanı Azərbaycanın güclü və qüdrətli ölkəyə çevrilməsi istiqamətində hər yerdə mərhum atanızın əməyini və hazırda Sizin səylərinizi gördüm ki, bunu da çox yüksək qiymətləndirirəm. Səfərim zamanı çox zəngin tarixə və mədəniyyətə sahib bir ölkə gördüyüm üçün xoşbəxt idim. Azərbaycanda İsrail Dövlətinə və yəhudi icmasına qarşı gördüyüm xoş münasibətə görə, cənab Prezident, Sizə xüsusi təşəkkür edirəm. Bütün bu faktlar məndə Azərbaycan və onun vətəndaşları haqqında yalnız müsbət fikirlər yaradıb.
Sizə və ailənizə cansağlığı və xoşbəxtlik arzulayır, Tanrıdan torpaqlarınızın müharibələr olmadan tam sülh şəraitində Azərbaycan ərazisinə qayıtmasını diləyirəm.
Bir daha təşəkkür edirəm”.
Lənkərandan Elxan Mahmudovun məktubunda deyilir: "Hörmətli cənab Prezident. Bu məktubu Sizə sevinc və vüqardan qəhərlənərək yazıram. Lovğalanaraq "biz qalib millətik, bizim qurduğumuz istehkamları dünyanın heç bir ordusu dağıda bilməz” deyən erməni dığalarına sentyabrın 27-də Azərbaycan Ordusu layiqli cavab verdi. Düşmənin ağızdolusu danışdığı istehkamlar qısa müddətdə darmadağın edildi, bir sıra kəndlərimiz işğaldan azad olundu. Xalq Sizin arxanızdadır, cənab Prezident. Xalq Sizin iradənizə, mətnliyinizə güvənərək son damla qanına qədər vuruşmağa hazırdır. Bu xalqın qəlbində Sizin heykəliniz ucalmışdır.
Zəfər bizimlədir. Qarabağ Azərbaycandır!”
Qusardan Yuri Kərimov :
"Cənab Ali Baş Komandan. Bu gün
doğma torpaqlarımızın mənfur düşmənin
işğalından azad edilməsi üçün verdiyiniz əmr
şanlı Ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlarla
başa çatdırılır. Düşmənin
ordusu darmadağındır, onlarla döyüş texnikaları
məhv edilir. Biz qusarlılar inanırıq ki, Azərbaycan
xalqının 30 illik nisgilinə Sizin rəhbərliyinizlə
son qoyulacaq və bütün torpaqlarımız
işğaldan azad ediləcək. Gələcək
nəsillərin xoşbəxtliyi üçün atılan bu
addım xalqımız tərəfindən böyük qələbə
sevinci ilə qeyd ediləcəkdir. Azərbaycan
Ordusu Sizin Ali Baş Komandanlığınızla düşmən
üzərində layiqli zəfər çalacaq. Bu zəfər Azərbaycan xalqının tarixinə
qızıl hərflərlə yazılacaqdır.
Bu müqəddəs
işinizdə Ulu Tanrı Sizə yardımçı olsun. Allah Sizi qorusun”.
Zaqataladan Şəfa Əmirxanova
yazır: "Hörmətli cənab Prezident.
Bu gün Azərbaycan
xalqına yaşatdığınız qürura görə
Sizə minnətdarlığımızı bildiririk. Sizin verdiyiniz
hər bir əmri, tapşırığı dəstəkləyirik.
Çünki, bütün bunlar Azərbaycanın
mənafeyinə xidmət edir, bizi uğurlara
daşıyır. Azərbaycan
xalqının birliyi, Ordumuzun qüdrəti
qarşısında düşmən tab gətirə bilməz.
Son günlər cəbhədə baş verən
döyüşlər bunu bir daha sübut etdi.
Torpaqlarımızın
azadlığı yolunda hər birimiz canımızı verməyə
hazırıq.
Şüarımız birdir: Qarabağ Azərbaycandır!”.
Şamaxıdan Sərvan
İsmayılov: "Möhtərəm Prezident, cənab Ali
Baş Komandan. Ordumuzun düşmənin ön
xəttini bir neçə saata darmadağın etməsi
göstərdi ki, bizim üçün
işğalçıları torpaqlarımızdan təmizləmək
mümkündür. Bu cür mükəmməl,
bu cür nizami Ordunun yaranması Sizin qətiyyətinizin, mahir
komandanlıq istedadınızın nəticəsidir.
Əziz Prezidentimiz, bu haqq
yolunda Sizə və şanlı Ordumuza uğurlar arzu edir,
dualarımızın Sizinlə olduğunu bildirirəm. Otuz illik
Qarabağ həsrətinə son qoymaq üçün
gördüyünüz işlər tarix dərsliklərində
əsrlər boyu öyrəniləcəkdir”.
Bakı şəhərindən
Alışan Süleymanovun yazdığı məktubda
deyilir: "Hörmətli cənab Prezident. Vətənimizin
müstəqilliyi və bütövlüyü uğurunda zəhmətiniz
hədsizdir.
Erməni qəsbkarları tərəfindən
ölkəmizin işğal altına salınmış
torpaqlarının azad edilməsi üçün Sizin
prinsipiallığınız xalqımızı
ruhlandırır, sevindirir. Qarabağı erməni
əsarətindən qurtarmaq barədə əzmkarlığınız
və siyasi döyüşkənliyiniz bizim xoşbəxtliyimizdir,
qürurumuzdur.
Allah Sizi, Ordumuzu,
xalqımızı sevindirsin.
Tanrı Sizə, Ordumuza və
xalqımıza yar olsun”.
Bərdə rayonundan İlham
Mustafayev dövlətimizin başçısına təşəkkürün
bu sözlərlə çatdırır: "Hörmətli
Prezident, cənab Ali Baş Komandan.
Erməni
işğalçılarına qarşı
apardığınız haqq mübarizənizi dəstəkləyir,
Azərbaycan xalqına qələbə arzulayıram.
Ağdam rayonundan məcburi
köçkün kimi tezliklə öz doğma
torpaqlarımıza qayıdacağımız anı həsrətlə
gözləyirəm.
Tanrı tezliklə qələbə
gününü qeyd etməyi bizə nəsib etsin. Sizə,
Ordumuza və xalqımıza güvənirəm”.
Ağcabədidən Yusif Qəhrəmanov:
"Möhtərəm cənab Prezident. Sizin qətiyyətinizlə
yazılan yeni tarix həm də dünyanın axarını dəyişəcək.
Hamı hadisələrə yeni gözlə
baxacaq. Ləyaqətli, ədalətli,
sülhsevər Azərbaycanı dəstəkləyən
ölkələr haqqın harada olduğunu bilirlər.
Bir vətəndaş kimi
yaşadığımız hisslərə görə Sizə
minnətdarlığımı bildirirəm. 30 illik həsrətimizə
son qoyaraq torpağlarımızı düşmənlərdan
aldınız.
Sizi və Azərbaycan
xalqını təbrik edirəm”.
Saatlıdan Vüqar Məmmədov
yazır: "Möhtərəm Ali Baş Komandanımız. 30 ilə yaxın bir zamandır ki,
hamımızın nigaranlıqla və həsrətlə,
lakin böyük ümidlə gözlədiyimiz bu günləri
bizlərə yaşatdığınız üçün
Sizə böyük minnətdarlığımı və təşəkkürümü
bildirirəm.
Siz, şanlı müzəffər
ordumuzla birgə tarix yazdınız, cənab Prezident. Bu, Yeni Azərbaycan
tarixidir. 30 il sonra yuxularımız
gerçəkləşir. Buna görə
xalqımız Sizi daim qəlbində yaşadacaqdır. Adınız qızıl hərflərlə tarix
kitablarımıza yazılacaq, qəlblərimizə həkk
olacaqdır.
Siz, müstəqil və
müasir Azərbaycanın əfsanəvi qəhrəmanı,
Ulu Öndər məktəbinin layiqli varisisiniz. Sizin
"Qarabağ Azərbaycandır!" şüarınız
min illərin şüarı olacaqdır. Bu
qətiyyətli şüarla, bir qəhrəman sərkərdə
kimi başladığınız əməliyyatın
uğuru və zəfərimiz daim yaşayacaqdır.
Siz xalqın qürur mənbəyisiniz. Mən Sizinlə
fəxr edirəm, cənab Prezidentim. Rəhbərliyinizlə
silahlı qüvvələrimizin qəhrəmancasına
döyüşərək, qanı və canı ilə
alınan torpaqların böyük sevincini
bölüşür, Sizi və Mehriban xanımı təbrik
edirəm, uğurumuzun davamlı olmasını və bayrağımızı
Şuşa və Xankəndidə
dalğalandırmaq ümidi ilə ayrılıram.
Eşq olsun Sizə, Ali
Baş Komandanımız. Yaşasın müstəqil və
müasir Azərbaycan! Qarabağ Azərbaycandır!”.
Biləsuvar Orxan Qubadlı da sevinc və
minnətdarlıq hisslərini dövlətimizin
başçısı ilə bölüşüb:
"Hörmətli cənab Prezident. Göstərdiyiniz
qətiyyətə, xalqımız üçün etdiyiniz hər
bir işə görə Sizə dərin minnətdarlığımı
bildirirəm. Rəhbərlik etdiyiniz bir
ölkədə yaşamaqdan qürur duyuruq.
Hamımız yaxşı bilirik ki, indi Sizin
üçün qayğılı bir vaxtdır. Amma böyükdən kiçiyə bütün
insanlar Sizinlə birlikdədir.
Torpaqlarımızın
qaytarılmasını 30 il gözlədik
və indi şərəfli bir yoldayıq. Xalqımız
mübarizəmizdə sona qədər Sizinlədir. İnşallah, qələbə bizimlədir.
Allah Sizi və əsgərlərimizi qorusun!
Cənab Ali Baş Komandan, hər an silaha sarılıb Vətənimiz uğrunda
vuruşmağa hazırıq”.
Salyan rayonundan Xalidə İslamova:
Hörmətli cənab Prezident.
İlk öncə Sizi
salamlayır və əldə etdiyiniz nailiyyətlərə
görə Sizi təbrik edirəm. Mən Salyan rayonundan
yazıram. İstər bir dövlət
başçısı və ya bir Ali Baş Komandan kimi öz
üzərinizə düşən vəzifəni layiqincə
və artıqlaması ilə yerinə yetirib, daim xalın
arxasında olursunuz. Güclü siyasətiniz
və dövlətə, millətə, Vətənə, xalqa
olan dərin sevginizin gücündən çox uğurlu
addımlar atıb, torpaqlarımızı yağı
düşmənin əlindən alırsınız. Vətən demək, xalq deməkdir. Xalq isə torpaq deməkdir. Çünki
bir xalq, millət və gələcək nəsillər bu
torpaqlarda yetişir. Bu gün işğal
altında olan torpaqlarımızı aldığınız və
ərazi bütövlüyümüzü qoruduğunuz
üçün Sizə çox minnətdaram.
Yevlaxdan Şakir İmanov yazır:
"Möhtərəm cənab Prezident. Artıq
illərlə gözlədiyimiz gün gəlib çatıb.
Biz Sizə inanırıq və Sizin
yanınızdayıq. Sizin uğurlu siyasətiniz
nəticəsində Azərbaycan Ordusu
formalaşmışdır. Həmin siyasət
və güclü Azərbaycan Ordusu ilə bütün
işğal altında olan torpaqlarımızı
işğaldan azad edəcəyik. Bu
gün bizə yaşatdığınız bu sevincə
görə Sizə təşəkkür edirik.
Cənab Prezident, bu gün hər
birimiz bu Vətən Müharibəsində qələbə
qazanmağımız üçün əlimizdən gələni
edirik. Azərbaycan xalqı daim Sizinlə fəxr
edib, edir və edəcək. Biz
inanırıq ki, yaxın zamanda üçrəngli
bayrağımız zəbt olunmuş torpaqlarımızda
dalğalanacaq”.
Siyəzəndən Xancan Hüseynov
Prezident İlham Əliyevə minnətdarlığını
bu sözlərlə ifadə edir: "Hörmətli cənab
Prezident, möhtərəm Ali Baş Komandan. Torpaqlarımızın
azad edilməsi münasibətilə Sizi və Şanlı
Ordumuzu təbrik edirəm, bütün əsgər
balalarımızı bağrıma basıram.
Cənab Prezident, İnşallah,
Şuşada, Cıdır düzündə
Bayrağımızı ucaldaq, qoy Paşinyan və onun quldur
dəstəsi görsün ki, Şuşada məclis qurub kabab
yeməklə, orada rəqs etməklə Azərbaycan
xalqına meydan oxumağın qarşılığı nə
imiş!”
Laçın rayonundan məcburi
köçkün Tapdıq Abbasovun məktubunda deyilir: "Cənab
Ali Baş Komandan. Laçın rayonundan məcburi
köçkünəm. Sumqayıt şəhərində
müvəqqəti məskunlaşmışam. Ermənistan ordusunun vəhşiliyini öz gözlərimlə
görmüşəm və mənim doğma
Laçınım da erməni işğalı
altındadır.
Hörmətli Prezident, cənab Ali
Baş Komandan, Sizin rəhbərliyinizlə Azərbaycan
xalqının tarixi, əzəli-əbədi torpağı
olan Dağlıq Qarabağ və ətraf yeddi rayon Ermənistan
ordusunun işğalından azad olunacaqdır. Bundan
ötrü əks-hücum əmriniz hamımızın
ürəyindən oldu. İllərlə
bu günün həsrətində olmuşam. Qələbəyə köklədiyiniz Azərbaycanın
nizami Ordusu torpaqlarımızın işğaldan azad
olunmasında qəhrəmanlıq göstərir, yenilməz əzmkarlıqla
vuruşur.
Siz ulu öndərimiz Heydər
Əliyevin oğlusunuz. Ulu Öndərimizin adını, şərəfini
uca tutursunuz, onun siyasi kursunu ləyaqətlə davam
etdirirsiniz. Siz xalqımızın nicat
yeri, döyünən ürəyisiniz. Uca
Tanrı Sizi qorusun, Allah Sizə yar olsun.
Hədsiz ürəkaçan işlər
məhz Sizin rəhbərliyiniz sayəsində
bərqərar olmuşdur. Xalq-dövlət birliyi, möhtəşəm
Vətən sevgisi məhz Sizin müdrik
siyasətinizin nəticəsidir.
Müəllim işləmişəm. 73
yaşım var. Fəaliyyətim dövründə dərs
dediyim şagirdləri elini-obasını, Vətənini,
dövlətini sevən ruhda tərbiyə etmişəm.
Onlar arasında Ordu sıralarında vuruşan,
rayon, respublika səviyyəli kadrlar yetişmişdir. İndi Vətənimizdə müharibə gedir.
Həmişə olduğu kimi, Vətən
savaşında da Sizin arxanızdayam, bundan şərəf
duyuram. Əsgərlərimizin yanında
olmağa hazıram.
Hörmətli cənab
Prezident, Sizin rəhbərliyinizlə otuz illik Vətən həsrətimin
sonu çox yaxındadır. Qələbə
müjdəsi və Sizə cansağlığı
arzulayıram. Uca Tanrı Sizi qorusun. Allah Sizə yar olsun”.
Ağdaşdan Samir İsrəfilov
yazır: "Möhtərəm Prezident, cənab Ali Baş
Komandan. Mən Ağdaş rayon sakini olaraq 27
sentyabr tarixindən əzəli və əbədi düşmənlərimiz
olan ermənilərin torpaqlarımızdan
çıxarılması üçün şanlı
ordumuza verdiyiniz əmrdən çox şad oldum. Rəhbərliyinizlə şanlı ordumuzun qələbə
müjdəsini bizlərə
çatdırmağınızdan ailəlikcə çox
sevinirik. İnanıram ki, hamı kimi mənim də 30
illik Qarabağ həsrətimə Sizin
komandanlığınızla son qoyulacaq.
Möhtərəm Ali Baş Komandan,
Qələbənin çox yaxında olduğuna və
Qarabağ torpağına bir daha ayaq basacağıma
inanıram. Allah Azərbaycan xalqını
qorusun. Qarabağ Azərbaycandır!”.
Qazaxdan Könül Kərimova:
"Hörmətli cənab Ali Baş Komandan. Uzun
illərdir ki, Azərbaycanımızın Qarabağ bölgəsi
işğal altındadır. 27 ildən
sonra doğma torpaqlarımızın azad edilməsi ilə
bağlı verdiyiniz əmr bütün azərbaycanlılar
kimi mənim də ürəyimcədir. Hər birimizin Sizin aldığınız qərarları dəstəklədiyimizi
və yanınızda olduğumuzu demək istəyirəm. Bu çətin, eyni zamanda, şərəfli yolda
Allah köməyimiz olsun. Allahın izni ilə
yaxın zamanda bütün Azərbaycan xalqına böyük
qələbə xəbəri verəcəyinizə inanır
və həmin xəbəri səbirsizliklə gözləyirik.
Yaşasın Azərbaycan əsgəri!
Yaşasın cənab Ali Baş Komandan!”.
Bakıdan Gözəl Xasıyeva
yazır: "Cənab Prezident İlham Əliyev. Nəhayət ki, gözlədiyimiz gün gəldi,
torpaqlarımızın azadlığı uğrunda Ordumuz
ayağa qalxdı. Qələbə
günü uzaqda deyil. Bir şəhid anası kimi, ən
böyük arzum axır ki, gerçəkləşir:
yağı düşmən Qarabağımızdan qovulur.
Qarabağ azad olunan gün
bütün şəhid ruhları bayram edəcək. Bu arzuma
çatmağa da çox qalmayıb.
Mən şəhid Milli Qəhrəman
Samir Xasıyevin anasıyam. Ali Baş Komandanımız, Qələbə
xəbərini Sizin elan edəcəyiniz
günü səbirsizliklə gözləyirəm.
Qələbə
Bayrağını Qarabağda ucaltmaq şərəfinə
Siz layiqsiniz, çünki məhz Sizin qətiyyətli,
uzaqgörən siyasətiniz xalqımızı Qələbəyə
qovuşduracaq.
Çox sağ olun, əziz
Prezidentim!”.
Azərbaycan.- 2020.-11 oktyabr.- S.1-2.