Danışıqların gündəliyini və məzmununu Azərbaycan müəyyən edəcək

 

İllərdir həmsədr dövlətlərin yaratdığı cəzasızlıq mühitindən yararlanan Ermənistanın Azərbaycan qarşısında şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddiaları darmadağın edildi. Azərbaycanın qətiyyətli sərkərdəsi cənab İlham Əliyevin əmri ilə Qarabağda uğurlu əməliyyatlar həyata keçirən Azərbaycan Ordusu işğalçını geri çəkilməyə məcbur etdi. Azərbaycana qarşı iddialarla danışan və sonunda məğlubiyyətin acı nəticələrini yaşayan Nikol Paşinyan ona-buna yalvarmaq məcburiyyətində qaldı.

 

Azad olunmuş ərazilərdə Azərbaycan bayrağı dalğalanır

 

Qarabağda savaş başlayana qədər cənab İlham Əliyev dəfələrlə erməni xalqına müraciət ünvanladı, Paşinyana sərt xəbərdarlıq etdi. Ancaq Paşinyan havadarlarına arxalanıb məkrli xislətini ortaya qoyduetdiyi hərəkətlərlə savaşın başlanmasına rəvac verdi. O, Xankəndidə "Qarabağ Ermənistandır” sərsəm fikrini səsləndirdikdən sonra açıq-aşkar Qarabağda qanunsuz məskunlaşdırma siyasəti apardığını nümayiş etdirdi. Şuşada qondarma respublikanın qondarma "prezidentinininaqurasiya mərasiminə qatılaraq şərab içib, yallı getdi. Elə sandı ki, 30 ildir ikili standartlar prinsipləri səbəbindən münaqişənin sülh yolu ilə həll olunması üçün səbr edən Azərbaycan xalqı bu təhqirə dözəcək. Niyyəti başında çatladı...

17 ildir yürütdüyü müstəqil siyasətlə xalqın milli maraqlarını təmin edən cənab İlham Əliyev Ermənistanın növbəti hərbi təxribatına adekvat cavab vermək üçün Azərbaycan Ordusuna əks-hücum əməliyyatı aparması üçün əmr verdi.

Düşmənin illərdir işğal edilmiş torpaqlarımızda möhkəmlənərək yaratdığı və güvəndiyi "keçilməz erməni səddi” Azərbaycan əsgəri tərəfindən darmadağın edildi. Erməni əsgəri silahını, hərbi texnikasını və döyüş bayrağını ataraq qaçdı. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi.

Beləliklə, tarixi günlərini yaşayan Azərbaycan düşməni torpaqlarımızdan çıxararaq Ermənistanı təslim bayrağı qaldırmağa məcbur etdi. Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarca kənd, strateji yüksəkliklər azad edildi. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bütün cəbhə xətti boyu ermənilərin müdafiə istehkamları yarıldı və ələ keçirildi, bundan sonra düşmənin yenidən müdafiə xətti qurmağa nə vaxtı, nə imkanları, nə resursları yoxdur. Suqovuşan su anbarının olduğu ərazinin azad edilməsi ilə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən su probleminin həlli istiqamətində də ciddi addım atıldı.

 

Ermənistan başından növbəti zərbəni aldı

 

Çıxılmaz duruma düşən Paşinyan cənab İlham Əliyevin dediyi kimi, o dünya lideri qalmadı ki, Azərbaycana təzyiq göstərilməsi ilə bağlı yalvarış etməsin. Ancaq Ermənistanın havadarları olan dövlətlər və böyük güclər tərəfindən təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev öz prinsipiallığını bir daha nümayiş etdirdi. Bəzi dünya liderləri isə savaşın Azərbaycan torpaqlarında getdiyini bildirərək Paşinyana cavab vermədilər və Qarabağda gedən savaş, Azərbaycan Ordusunun əldə etdiyi zəfərlər diplomatiya meydanında da uğurlara çevrildi. Bununla da işğalçıya bəlli oldu ki, artıq danışıqların şərtlərini İlham Əliyev müəyyən edir.

Oktyabrın 9-da isə Azərbaycan Prezidenti Ermənistana sonuncu şans verdi. Prezident bəyan etdi ki, artıq status-kvo deyilən məsələ təmas xətti yoxdur: "İşğalçıya bəlkə sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan. Çıxın, öhdəlik götürün, danışıqlara qayıdın, danışıqların formatına qayıdın. Yoxsa Ermənistanın baş naziri özünü hesab edir? Bizimlə bu tərzdə danışmaqmı olar? İndi biz ona yerini göstərdik. "Qarabağ Ermənistandırdeməklə Qarabağ heç vaxt Ermənistan olmayacaq. İndi görüm necə deyir "Qarabağ Ermənistandır”. Səsini belə çıxara bilmir”.

Cənab İlham Əliyev Azərbaycan Ermənistanın XİN başçılarının Moskva görüşündəki danışıqların nəticəsindən asılı olaraq, vəziyyətin hansı ssenari üzrə davam edəcəyinə aydınlıq gətirdi: "Hesab edirəm ki, bu görüş bir çox şeylərə aydınlıq gətirəcək. Onlar baza prinsiplərini qəbul etməlidirlər. Halbuki Paşinyan demişdi ki, o, onları qəbul etmir. Demişdi ki, Azərbaycana bir qarış torpaq verməyəcəyəm. oldu bəs?! Gəl tut o işğal edilmiş torpaqları. Bəs verməyəcəkdin? oldu verdin? oldu qaçdın? İndi gedirsən onun-bunun dabanını yalaya-yalaya, özünü alçalda-alçalda öz xalqını alçaldırsan. Öz ölkəni sıfıra bərabər etmisən. Demişdi ki, verməyəcəkdi bu torpaqları. Kimdir səndən soruşan, verəcəksən ya verməyəcəksən?! Gəldik götürdük, vəssalam. Götürəcəyik, qədər lazımdır, istəsək artıqlaması ilə”.

XİN başçılarının Moskva görüşü isə göstərdi ki, yenidən başından zərbə alan Ermənistan danışıqların əsas prinsiplərini yerinə yetirməyə məcbur edilib. Artıq status-kvo dəyişib. Hərbi siyasi tələbləri indi Azərbaycan irəli sürür. Prezident İlham Əliyev qəti məntiqli diplomatik gedişlərlə problemin həlli ilə bağlı mənzərəni inamla Azərbaycanın milli maraqlarına uyğunlaşdırır.

Erməni əsgəri Qarabağda ölmək istəmirsə, torpağımızdan çıxmalıdır. Onsuz da biz bu torpaqlara qayıdacağıq. Onsuz da biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycan qan tökülməsini istəmir. Ona görə sonuncu erməni əsgəri torpaqlarımızdan çıxmayınca haqq savaşımız davam edəcək: "Çıxın gedin bizim torpağımızdan, rədd olun bizim torpağımızdan! Gedin öz ölkənizdə yaşayın. Amma biz torpağımızı geri alacağıq. Ona görə bu tarixi şansı onlar qaçırmamalıdır”, - deyə cənab İlham Əliyev bildirib.

Ali Baş Komandan xalqa növbəti müraciəti ilə bir daha lider qətiyyətini, yenilməz siyasi iradəsini nümayiş etdirdi. Hər bir azərbaycanlı bir daha tam əmin oldu ki, Azərbaycan işğal altında olan torpaqlarının bir qarışını belə düşmənə güzəştə getməyəcək. Əgər Paşinyan Azərbaycanın şərtləri ilə razılaşmasa, Ermənistan nəinki ordusunu itirəcək, hətta çıxılmaz sosial-iqtisadi, siyasi hərbi böhranla üz-üzə qalaraq, tarix səhnəsindən silinəcək.

Prezident xalqa müraciətini bu nidalarla tamamladı: "Bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2020.-11 oktyabr.- S.1; 4.