İlham Əliyev Ermənistana axırıncı şansı verdi

 

Döyüş meydanında qalib olan Azərbaycan danışıqlarda da öz şərtlərini diktə edəcək

 

Prezident, Ali Baş Komandan İlham Əliyev oktyabrın 9-da xalqa müraciətində Vətən müharibəsində əldə olunan növbəti qələbələrin sevincini bölüşdü: zəfər yürüşünü davam etdirən Azərbaycan Ordusu bu dəfə işğal altında olan Hadrut qəsəbəsini, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndlərini düşmən tapdağından azad etdi.

 

Humanitar atəşkəs müvəqqətidir

 

Məlum olduğu kimi, indiyədək münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına nail olmaq idi. Amma Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuşdaim möhkəmləndirilən bu sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi. O cümlədən ölkəmizə qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü.

Oktyabrın 9-10-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan Respublikasının Xarici İşlər nazirləri arasında baş tutan danışıqlar respublikamızın əsas tələblərindən olan status-kvonun dəyişdiyi şəraitdə keçirilən ilk görüş idi.

Ona görə Azərbaycan bu görüşdə həm üstün, həm də dəyişməz və prinsipial şərtlərini irəli sürən tərəf kimi iştirak edirdi.

Qeyd edək ki, sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirildi. Lakin Prezident İlham Əliyev bu siyasi təzyiqlərə layiqincə sinə gərdi, məharətli və vaxtında atılan diplomatik addımlarla ölkəmizə qarşı olan bütün təzyiqləri uğurla neytrallaşdırdı. Bütün bunların nəticəsi olaraq Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alındı.

Artıq təmas xətti deyilən anlayış da yoxdur və Azərbaycan status-kvonu dəyişib. Azərbaycanın üstün mövqeyi şəraitində keçirilən Moskva görüşündə razılaşdırılmış məsələlərdən birincisi isə humanitar atəşkəsdir. Yəni döyüşlərin birdəfəlik dayandırılmasından söhbət getmir. Bu atəşkəs tamamilə müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra Ermənistan razılaşmaya zidd olaraq yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. Çünki Azərbaycan öz uğurlu hərbi əməliyyatları ilə "münaqişənin hərbi həlli yoxdurtezisini artıq darmadağın edib. Ona görə mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır.

Bu, birinci mərhələdir. Məqsəd Azərbaycanın hərbi müstəvidə əldə edilmiş nailiyyətlərinin diplomatiyasiyasi müstəviyə daşınmasıdır. Əgər Ermənistan bundan sonra da danışıqlar prosesində nəzərdə tutulan prinsiplərin əleyhinə gedəcəksə, Azərbaycan hərbi əməliyyatları dərhal bərpa edəcək. Bunu Ermənistan da, onun havadarları da yaxşı anlayırlar.

 

Son nəticə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir

 

Prezident İlham Əliyevin müraciətində dediyi kimi, bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır: "Bu gün Azərbaycan əsgərləri bizim işğal edilmiş torpaqlarda ermənilərin qazdıqları səngərlərdə keşik çəkirlər - onlar bizim yox, biz onların səngərlərində, biz onların postlarında, biz onların tanklarında. Qənimət kimi götürülmüş o hərbi texnikadan indi biz istifadə edirik - 18 tank. Onların tankları indi döyüş meydanında onlara qarşı vuruşur. Budur Azərbaycan Ordusunun üstünlüyü, bizim üstünlüyümüz”.

Bəli, Azərbaycan əsgəri hər gün hansısa bir kəndi azad etdi, hər gün düşməni bir qədər də geri oturtdu. Cəmi bir neçə günə Azərbaycan Ordusu işğalçının 16 komanda məntəqəsini, 200-dən artıq tankını, 40-dan artıq BM-21, 1 "Uraqan”, 13 özüyeriyən artilleriya qurğusunu, 36 PDM-i, 24 artilleriya batareyasını, 2 "S-300” kompleksinin buraxıcı qurğusunu, 25 OSA zenit-raket kompleksini, 2 KUB zenit-raket kompleksini, 4 "Repelendradio-texniki maneə vasitəsini, 136 top, 56 minaatan, 1 TOS-1A odsaçan sursatını, 4 radiolakasiya stansiyasını və daha neçə-neçə hərbi texnikasını məhv edib. Cəmi bir neçə günə Ermənistan döyüş aparmaq imkanlarından məhrum edilib. Bundan sonra Ermənistana onilliklər lazım olacaq ki, özünə yeni ordu qursun. Bu silah-sursat sistemlərinin qurulması üçün Ermənistan tərəfindən milyardlarla vəsait sərf olunmuşdu. Düşmənin ordusunun peşəkar zabit heyəti və peşəkar müddətdən artıq hərbi xidmətçiləri böyük sayda məhv edildi. Bu kimi peşəkar hərbçi heyətinin formalaşdırılmasına illər lazımdır. Ümumiyyətlə isə, son döyüşlər miqyasına görə böyük əməliyyat olaraq Ermənistan ordusunun və cəmiyyətinin özünə güvənini əsaslı dərəcədə sarsıtdı.

Ona görə nəzarətində olduğu KİV vasitəsilə nə qədər dezinformasiya yaysa da, Paşinyan əsl həqiqətləri etiraf etməyə məhkumdur. Acizanə şəkildə yalvarışları da bu etirafın təsdiqidi. Moskva razılaşması isə əslində Ermənistanın diplomatik kapitulyasiyasının başlanğıcıdır. Danışıqlar davam edəcəyi təqdirdə təşəbbüs Azərbaycanın tərəfindədir. Bundan sonra bütün şərtləri Azərbaycan diktə edəcək və son nəticə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olacaq. Prezident İlham Əliyevin dediyi kimi, "Biz torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik”.

Beləliklə, Azərbaycan azğınlaşan və həyasızlaşan Ermənistan rəhbərliyinin ölkəmizə şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi iddialarını bir neçə günə darmadağın etdi. İşğala əsaslanan status-kvonu dəyişdirən Prezident İlham Əliyev Ermənistana həm də sonuncu şansı verdi. Ermənistan rəhbərliyinin özüİlham Əliyevin prinsipiallığının və qəti əzmininin şahidi oldu. Həm də anladı ki, istənilən halda Azərbaycan torpaqlarını azad edəcək. Ona görə bundan sonrakı proseslər Ermənistan rəhbərliyinin davranışlarından asılıdır. Əgər İlham Əliyevin verdiyi şansı düzgün dəyərləndirməsə, Azərbaycan Ermənistana tarixinin ən böyük fəlakətini yaşadacaq.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2020.-11 oktyabr.- S.1; 4.