Kişisənsə, gəl vuruşaq təkbətək

 

 

Ermənistana mesaj: "Bizimlə təkbətək vuruş, görək axırı nə olur...”

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Nə Vətənin, nə yurdun var, nə yerin,

bu hoqqaya çatmaz idi təpərin -

bizimkidir sənin paytaxt şəhərin!

nədir, yenə qudurmusan, a təlxək?

hünərin var - gəl vuruşaq təkbətək.

 

 

Tarix boyu qorxa-qorxa dinərdin,

qarşımızda alçalardın, enərdin,

borc alınıb ordundakı güvəncin;

üzünü görən hər kəs bezəcək,

hünərin var - gəl vuruşaq təkbətək.

 

 

Millətimlə ədavətin köhnədi,

yenə tərsə kim başını hərlədi?

Qarabağ "Arsaxnədi, zad nədi?!

bəd niyyətin öz başını yeyəcək,

hünərin var - gəl vuruşaq təkbətək.

 

Cana yığıb bezdirməyin bizləri,

üfürməyin qaysaq tutan közləri

daha qalmır barışmağa əl yeri;

yaman günə qalacaqsız kükrəsək,

hünərin var - gəl vuruşaq təkbətək.

 

 

Yesir gəldiz - döyüb yola salmadıq,

mülklər verdik, kirasını almadıq,

son pəstahan - qaytardığın halallıq?!

daha yetər, a minsifət, a əbləh;

Kişisənsə - gəl vuruşaq təkbətək.