Azərbaycan Ordusunun
qətiyyətli əks-hücum əməliyyatı cəbhənin
bütün istiqamətlərində uğurla davam edir
Azərbaycan Ordusunun apardığı
qətiyyətli əks-hücum
əməliyyatı cəbhənin
bütün istiqamətlərində
uğurla davam edir. Ermənistan silahlı qüvvələrinin
işğal etdiyi ərazilərdəki düşmən
mövqelərinə gecə
ərzində bölmələrimiz
tərəfindən sarsıdıcı
artilleriya zərbələri
endirilib.
Bunu Müdafiə
Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın
1-də keçirilən brifinqdə
deyib. Anar Eyvazov bildirib ki, Ermənistan silahlı qüvvələrinin
bölmələri Ermənistanın
ərazisindən cəbhəboyu
Cəbrayıl rayonunun
Cocuq Mərcanlı kəndini, Füzuli rayonunun Horadiz şəhərini, Goranboy,
Tərtər və Ağdam rayonlarını yenidən artilleriya atəşinə tutub. Əməliyyatın beşinci gününün
sonunadək düşmənin
canlı qüvvədə,
hərbi və döyüş texnikası
baxımından xeyli sayda itkisi var. Düşmən bütün
cəbhə boyunca tutduqları mövqelərdən
və ərazinin vacib sahələrindən
geri çəkilməyə
məcbur edilib. Ermənistan ordusunun müxtəlif istiqamətlərdə hərəkət
edən hərbi kolonları bölmələrimiz
tərəfindən dəqiq
atəşlə məhv
edilib. Müdafiə Nazirliyinin mətbuat
katibi xüsusilə qeyd edib ki,
Ermənistan mətbuatında
guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus
təyyarə və helikopterin vurulması və İran ərazisinə düşməsi
barədə yayılan
məlumatlar yanlışdır
və əsassızdır.
Hərbi
Hava Qüvvələrimizə
məxsus bütün
aviasiya vasitələri
tam tərkibdə sıradadır
və döyüş
qabiliyyətlidir. Məlumat
verilib ki, ötən müddət ərzində düşmənin
200-dək tank və digər
zirehli texnikası, 228
ədəd artilleriya,
yaylım atəşli
raket sistemləri, minaatanları, 30 ədəd
hava hücumundan müdafiə vasitələri,
6 komanda-idarəetmə və
komanda-müşahidə məntəqəsi,
5 silah-sursat anbarı,
110-dan artıq avtomobil
texnikası, 1 ədəd
“S-300” zenit-raket kompleksi
sıradan çıxarılıb.
“Dünən
məlumat verildiyi kimi, Ermənistan ordusunun alay komandiri və
onun müavini Azərbaycan Ordusunun bölmələrinin dəqiq
artilleriya atəşi nəticəsində məhv edilib. Alayın köməyinə gələn düşmənin
əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri
ələ keçirilib. Əsgəri
şərəf, şücaət və şöhrət rəmzi
olan döyüş
bayrağının döyüş
meydanında atan düşmən bir daha acizliyini
nümayiş etdirib.
Döyüş bayrağını qoruya bilməyən ordunun
iki yolu var. Ya ərazimizi tərk
etməli, ya da yerində
məhv olacaq. Qələbə bizimlədir!”,
- deyə polkovnik-leytenant Anar
Eyvazov bildirib.
Azərbaycan.-2020.- 9 oktyabr.- S.3.