Ermənistanın sülhə
məcbur edilməsi istiqamətində həyata
keçirilən əməliyyatın
birinci mərhələsi
uğurla başa çatdı
Ermənistanın təxribatına və mülki Azərbaycan əhalisini hədəfə
almasına cavab olaraq keçirilən əks-həmlə əməliyyatı
nəticəsində 10 günlük
müddət ərzində
Ermənistan silahlı
qüvvələrinə ciddi
zərbə vuruldu.
AZƏRTAC xəbər
verir ki, bu fikri Prezidentin
köməkçisi - Prezident
Administrasiyasının Xarici
siyasət məsələləri
şöbəsinin müdiri
Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi
deyib: “Son bir il ərzində baş verən proseslər onu göstərirdi ki, Ermənistan azğınlaşmış
və Azərbaycan ərazilərinin işğalını
artıq bitmiş iş hesab edirdi.
Ermənistanın baş naziri
Nikol Paşinyanın
“Qarabağ Ermənistandır
və nöqtə” açıqlaması da buna hesablanmışdı.
İşğala əsaslanan status-kvo qalmaqda davam
edirdi. Ermənistan bütün imkanlardan
istifadə edib ərazilərin ilhaqını
həyata keçirirdi.
Ermənilərin heç zaman
yaşamadığı Cəbrayıl
rayonunda məskunlaşma
aparılırdı.
2016-cı ilin
aprel döyüşlərində
aldığı zərbəyə
baxmayaraq, Ermənistanın
siyasi-hərbi rəhbərliyi
hələ də özünü qalib tərəf kimi göstərməyə çalışırdı.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi-strateji baxımdan
Ermənistanın bu illüziyaları darmadağın
edildi. On günlük
hərbi əməliyyatlar
dövründə Ermənistan
silahlı qüvvələrinin
əsas idarəetmə
mərkəzləri, hərbi
infrastrukturu, silah-sursat
və maddi-texniki təchizat bazası, döyüş texnikası,
bahalı radio-elektron və hava hücumundan
müdafiə sistemləri
və döyüşkən
hərbi birləşmələri
məhv edildi. Otuz illik dövr ərzində Ermənistan
tərəfindən milyardlarla
vəsait sərf olunaraq bu hərbi
infrastruktur sistemi qurulmuşdu. Coğrafi baxımdan
qismən kiçik bir ərazidə Ermənistan tərəfindən
böyük həcmdə
silah-sursat və hərbi texnika cəmləşdirilmişdi. Şərti olaraq desək, hər bir kvadratmetr
ərazi atəş zərbəsi altındadır.
Çoxlu sayda təbii
maneələr vardır.
Ermənistan bu torpaqları
həmin dövrün
reallığında 7-8 ilə
işğal etmişdi.
Qısa müddətdə Ermənistanın
bu döyüş texnikasının böyük
əksəriyyəti məhv
edildi. Hərbi əməliyyatların gedişi Ermənistanın
iqtisadiyyatına çox
ciddi zərbədir.
Uzunmüddətli dövr ərzində
Ermənistanın siyasi-diplomatik,
hərbi və iqtisadi baxımdan müqavimət əzmi sındırılır.
Hərbi baxımdan status-kvo dəyişdirildi. Artıq təmas xətti
anlayışı yoxdur.
Ermənistan təmas xəttini
dövlət sərhədinə
çevirməyə çalışırdı.
Ermənistanın sülhə məcbur
edilməsi istiqamətində
həyata keçirilən
əməliyyatın birinci
mərhələsi uğurla
başa çatdı.
Cəbrayıl rayonu, çox
böyük əhəmiyyətə
malik olan Suqovuşan kəndi işğaldan azad edildi. Dağlıq Qarabağın inzibati
ərazi vahidinə daxil olan Hadrut
qəsəbəsi və
ətraf kəndlər
işğaldan azad edildi. Bütün bunlar həm
də Ermənistana böyük psixoloji zərbədir”.
Hikmət Hacıyev qeyd edib ki, münaqişələr
yalnız hərbi yolla deyil, eyni
zamanda, siyasi-diplomatik vasitələrlə həll
edilir. Ermənistan-Azərbaycanın münaqişəsinin Azərbaycanın maraqları
əsasında həll
edilməsi üçün
hərbi-siyasi və diplomatik fəaliyyət səmərəli və düşünülmüş şəkildə aparılmalıdır.
Siyasi baxımdan Ermənistanın
danışıqlar prosesində
şərtləri diktə
etməsi və işğalın nəticələrini
siyasi vasitələrlə
möhkəmləndirmək cəhdlərinin qarşısı
alındı. Ermənistanın danışıqlar prosesinin formatını dəyişdirmək cəhdləri
iflasa uğradı.
Ermənistan baş naziri
Azərbaycana şərt
qoyurdu ki, qondarma rejim danışıqlar prosesində
iştirak etməlidir.
Ermənistan xarici işlər naziri Azərbaycan xarici işlər naziri ilə birlikdə Moskvada danışıqlarda iştirak
etməsi və humanitar atəşkəs barədə bəyanatı
qəbul etməsi Ermənistanın münaqişə
tərəfi kimi rolunun bir daha
təsbit olunmasıdır. 1994-cü ilin atəşkəs haqqında sənədini Ermənistan həmişə
öz bildiyi kimi təhrif edirdi.
Moskvada qəbul edilmiş bəyanatla humanitar əsaslarla müvəqqəti
atəşkəs elan
olunmuşdur. Hərbi əməliyyatların gedişində humanitar atəşkəsin elan olunması təcrübəsi
vardır. Bu müddət ərzində
döyüş meydanında
həlak olan hərbi qulluqçuların
cənazələri götürülür,
yaralılara yardım
göstərilir.
Atəşkəs, xüsusilə
də humanitar atəşkəs sülh deyil və ola da bilməz.
Humanitar atəşkəsin elan olunmasının ardınca
dərhal mahiyyətli
danışıqlar başlanmalıdır.
Humanitar əsaslarla atəşkəsin
elan edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri
tərəfindən cəbhənin
müxtəlif istiqamətləri
boyunca atəşkəsin
pozulması davam edir. Əgər Ermənistan işğaldan
azad edilmiş ərazilərin yenidən
işğal edilməsinə
cəhd edərsə,
yenə də öz layiqli cavabını alacaqdır.
Humanitar atəşkəsin ardınca
dərhal mahiyyətli
və nəticəli danışıqlar aparılmalıdır. Danışıqlar prosesinin yol xəritəsi hər kəsə məlumdur.
Azərbaycan buna hazırdır.
BMT Təhlükəsizlik Şurasının 853 saylı
qətnaməsinin mandatından
çıxış edərək
Ermənistan qoşunlarının
Azərbaycanın işğal
olunmuş ərazilərindən
çıxarılması təmin
olunmalıdır. Yaranmış vəziyyətin münaqişənin
köklü həllinə
və regionda davamlı sülhün təmin olunmasına doğru istiqamətləndirmək
lazımdır.
Baş verənlər bir daha onu göstərir
ki, vəziyyətin hər zaman gərginləşməsi baş
verə bilər. Bütün resurslar
işğal faktının
və Ermənistan qoşunlarının Azərbaycanın
işğal olunmuş
ərazilərindən çıxarılmasına
hədəflənməlidir. Bundan sonra regionda davamlı sülh təmin oluna bilər.
Azərbaycan.- 2020.-11 oktyabr.- S.3.