Baş Prokurorluq: Bərdə şəhərinin artilleriya atəşinə tutulması nəticəsində
7 nəfər xəsarət alıb
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Baş
Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, işğalçı ölkənin silahlı qüvvələrinin
yaşayış məntəqələri və
silahsızlaşdırılmış zonalar, habelə hərbi
hədəf olmayan, aydın görünən və fərqləndirilən
obyektlər, o cümlədən mülki əhalini hədəfə
almaqla avqustun 8-də səhər saat 10 radələrindən
başlayaraq Bərdə rayonunu müxtəlif istiqamətlərdən
raket və artilleriya mərmilərindən intensiv atəşə
tutub.
Oktyabrın 8-də saat 11 radələrində Bərdə şəhərinin mərkəzində yerləşən “Qədim Bərdə” restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan 2 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Eyni zamanda, Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər 5 nəfərin yaralanmasına səbəb olub, o cümlədən məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları
tərəfindən döyüş şəraitində
mümkün olan bütün istintaq-əməliyyat tədbirləri
həyata keçirilir.
Azərbaycan.-2020.- 9 oktyabr.- S.4.