Zəfər sevincişirinmiş

 

Bu günlər Azərbaycanın hər yerində uşaqdan böyüyə kimi hamı Qarabağın işğalçılardan təmizlənməsinə başlanmasının sevinc və həyəcanını yaşayır. Ordumuzun qısa vaxtda bir neçə kəndi və strateji yüksəklikləri işğaldan azad etməsi xəbəri xalqımızı hədsiz dərəcədə sevindirib. Hər bir Azərbaycan vətəndaşı bu günü 30 il idi ki, səbirsizliklə gözləyirdi.

Lakin bəzi müxalifət nümayəndələri müharibənin gecikdirilməsini müxtəlif yerlərə yozur, əsassız fərziyyələr uydururdular. Əslinə qalsa, torpaqlarımızın bədnam qonşularımız tərəfindən işğala məruz qalması məhz onların özlərinin səriştəsizliyi, idarəçiliyi bilməməsi, taleyüklü məsələlərə loyal, yüngül münasibət bəsləmələrinin nəticəsi idi. Belə bir deyim var: "Bir dəli quyuya bir daş atır, min ağıllı onu çıxara bilmir”. AXCP-Müsavar cütlüyünün quyuya atdığı daşı çıxarmaq üçün ölkəmizin, xalqımızın hansı çətinliklərlə üzləşdiyini göydə bir Allah, yerdə ədalətli, vicdanlı insanlar bilir.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra ölkə daxilindəki vəziyyəti dərindən təhlil edərək düşmənlə atəşkəsin əldə edilməsinə nail oldu. Çünki işğal olunmuş torpaqların azad edilməsi üçün güclü iqtisadiyyat, güclü iqtisadiyyat üçün isə atəşkəs lazım idi. Ardınca "Əsrin müqaviləsi” imzalandı, köklü islahatlar, mühüm layihələr həyata keçirildi. Neftdən gələn gəlirlər, ilk növbədə, ölkəmizin müdafiə qabiliyyətinin yüksəldilməsinə, qaçqın və köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldildi.

Bunlarla yanaşı, torpaqlarımızın sülh yolu, danışıqlar vasitəsilə azad edilməsi üçün konstruktiv addımlar atıldı. Dövlət başçısı AŞ PA-nın, BMT-nin, didər beynəlxalq qurumların tribunalarından Azərbaycanın haqq səsini ucaltdı. Məsələyə ikili standartlarla yanaşan səlahiyyətli beynəlxalq təşkilatlar isə təcavüzkarı durdurmaq üçün heç bir səy göstərmədilər, əksinə, Ermənistana dəstək verdilər. Nə ATƏT-in Minsk qrupu, nə də digər beynəlxalq təşkilatlar ötən illər ərzində heç bir əməli tədbir həyata keçirmədilər. Nəticədə Ermənistan o qədər arxayınlaşdı ki, BMT-nin erməni hərbi birləşmələrinin işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarılması haqqında qəbul etdiyi 4 qətnaməsinə məhəl belə qoymadı. Bu yerdə təxminən 30 il öncə yazdığım "Erməni xisləti” adlı bir şeirimi xatırlatmaq istərdim:

 

 

Dolanır cəfənglər sənin başında,

"Dənizdən-dənizə” xülyasındasan.

Nə dədən, nə baban dəniz görübdür,

Özünsə gör nəyin sövdasındasan.

 

...Guya cəfakeşsən min illər boyu,

Yolunu kəsibdir dağlar, duman, çən...

Torpağı, vətəni sevən qurumsaq,

Bəs niyə hər yerə səpələnmisən?

 

 

Ter-Petrosyanlar, koçaryanlar, sarkisyanlar hakimiyyətə gəlib-getsələr də, ermənilər öz iddialarından bu gün də əl çəkmirlər. Görünür, Ulu Yaradan onları da belə qarğıyıb.

Buna baxmayaraq, Azərbaycan Ordusu şiddətli döyüşlər getdiyi indiki zamanda da dinc əhaliyə qarşı silah tətbiq etmir. Ağdərə bölgəsində düşmən əsgərlərini təslim olmağa çağırmaq humanizmin nümunəsidir, baxmayaraq ki, ermənilər həmişə dinc əhalini hədəfə götürür, terror və soyqırımı həyata keçirirlər. Bu gün cəbhəboyu rayonlarımızda dinc əhalinin ağır artilleriya atəşinə tutulması bunu bir daha aydın göstərir. Görünür, elə güman edirlər ki, bir-iki mərmi partladığını görən əhalimiz 90-cı illərdə olduğu kimi, yaşadıqları yerləri tərk edəcəklər.

Lakin mövcud vəziyyət ermənilərin niyyətlərinin puça çıxdığını göstərir. Prezident, ordu və xalqın birliyi, həmrəyliyi nəticəsində döyüş gedən ərazilərdə adamlar nəinki evlərini tərk edir, orduya kömək etməyə, lazım gələrsə silaha sarılıb əsgərlərimizlə çiyin-çiyinə döyüşməyə hazır olduqlarını bildirirlər.

Bu, təkcə sərhəd bölgəsi rayonlarında deyil, bütün ölkədə belədir. Hər kəs qələbə naminə əlindən gələni etməyə hazırdır. Ən həlledici məqamlarda, taleyüklü məsələlərin həllində birləşməyi bacaran xalqımız indiyumruq kimidirbunu görmək insana qürur verir, sevinc yaşadır. Biz bu günlər tarixi anlar yaşayırıq. Ali Baş Komandanımız, şanlı ordumuz və xalqımız tarix yazır!

 

 

Seyran CAVADOV

Azərbaycan.-2020.- 9 oktyabr.- S.7.