Gəncə və qərb
bölgəsi üzrə Rus
İcması: Ermənistanın mülki əhalini
hədəf seçməsindən narahatdır BƏYANAT
Ermənistanın
mülki əhalini atəşə tutması ilə
bağlı Gəncə və qərb bölgəsi üzrə
Rus İcması bəyanat yayıb.
AZƏRTAC
bəyanatın mətnini təqdim edir:
“Biz
– Gəncə və qərb bölgəsi üzrə Rus
İcması olaraq bəyan edirik ki, işğalçı Ermənistan
beynəlxalq humanitar hüququn norma və prinsiplərinin,
Cenevrə Konvensiyalarının, o cümlədən
“Müharibə zamanı mülki əhalinin müdafiəsi
haqqında” 1949-cu il 12 avqust tarixli konvensiyanın, habelə
BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan
hüquqları sahəsində digər sənədlərin
müvafiq müddəalarını kobud şəkildə
pozmağa davam edir.
Belə
ki, Azərbaycanın bir sıra şəhər və
rayonları ilə yanaşı, son iki gündür
döyüş bölgəsi olmayan Gəncə şəhəri
də Ermənistan tərəfindən ağır artilleriya atəşinə
tutulur. Bunun nəticəsində 1 mülki şəxs həlak
olub, 30-dan çox dinc sakin, o cümlədən biri 10
aylıq olmaqla, 6 uşaq və biri digər millətdən
olan şəxs müxtəlif dərəcəli bədən
xəsarəti alıb, şəhərin infrastrukturuna
böyük ziyan dəyib.
Biz -
ərazidə yaşayan etnik rus əhalisi Ermənistan tərəfinin
mülki əhalini hədəf seçməsindən
narahatıq, Ermənistan rəhbərliyinin təcavüzkar hərəkətlərini
qətiyyətlə pisləyir, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Dağlıq
Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə
bağlı mövqeyini və fəaliyyətini tam dəstəkləyirik”.
Qeyd
edək ki, Gəncədə 1500-ə yaxın rus
yaşayır.
Azərbaycan.-2020.- 9 oktyabr.- S.11.