“Beynəlxalq təşkilatları ikili standartlar siyasətindən
əl çəkməyə, təcavüzkar Ermənistana təzyiq
göstərməyə çağırırıq” - Gəncədəki
Yəhudi Dini İcmasından bəyanat
Gəncənin
Ermənistan ərazisindən raket atəşinə
tutulması və nəticədə mülki şəxslərin
yaralanması ilə bağlı Gəncədəki Yəhudi
Dini İcması bəyanat yayıb.
AZƏRTAC-a
daxil olan bəyanatda deyilir:
“Biz - Yəhudi Dini
İcması olaraq, Gəncədə yaşayan
soydaşlarımız adından
Ermənistanın törətdiyi
hərbi təcavüz
aktlarını, təxribatları
qətiyyətlə pisləyirik. Ermənistan silahlı
qüvvələrinin dinc
Azərbaycan əhalisinin
sıx yaşadığı
əraziləri ağır
artilleriya qurğularından
atəşə tutması
qəbuledilməzdir. Bu, bütün beynəlxalq humanitar hüququn norma və
prinsiplərinə ziddir.
Məlum
olduğu kimi, Naftalan, Ağdam, Tərtər, Daşkəsən,
Göygöl və Goranboyla yanaşı, döyüş bölgəsindən
aralıda yerləşən
Gəncə şəhəri
də Ermənistan tərəfindən ağır
artilleriya atəşinə
məruz qalır. Gəncənin Ermənistan
tərəfindən raket
atəşinə tutulması
nəticəsində 1 mülki
şəxs həlak olub, 6-sı uşaq, biri başqa millətdən olmaqla, 35 dinc sakin yaralanıb,
şəhərin infrastrukturuna
böyük ziyan dəyib.
Qeyd etmək lazımdır ki, Ermənistan dəfələrlə Azərbaycanda
yaşayan xalqların
içərisinə ədavət
toxumu səpməyə
çalışsa da,
buna nail ola
bilməyib. Onların təxribatları, dinc əhaliyə qarşı törətdikləri
cinayətlər, döyüş
bölgələrində verdiyimiz
şəhidlər aramızda
olan birliyi və qardaşlıq tellərini daha da möhkəmləndirir.
Biz - Yəhudi Dini İcması olaraq Ermənistan tərəfinin
mülki əhalini hədəf seçməsindən
narahatlığımızı ifadə edir, beynəlxalq təşkilatları
ikili standartlar siyasətindən əl çəkməyə, təcavüzkar
ölkə olan Ermənistana lazımi təzyiq göstərməyə
çağırırıq. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
prosesi ilə bağlı mövqeyini və fəaliyyətini
tam dəstəkləyirik”.
Azərbaycan.-2020.- 9 oktyabr.- S.11.