“Azercell”in Mobil Göz
klinikası şəhid ailələri, məcburi köçkün və qaçqınları
müalicə edib
Fəaliyyət dövrü ərzində daima sosialyönümlü addımlar ataraq Azərbaycan xalqının yanında olan "Azercell Telekom” MMC 8 oktyabr "Ümümdünya Görmə Günü” münasibətilə növbəti xeyirxah təşəbbüsü həyata keçirib.
Lider
mobil operator vətənimizin ərazi bütövlüyü uğrunda
mübarizə apardığı bu həssas zamanda
torpaqlarımızın müdafiəsində dayanıb,
canından keçmiş igid şəhidlərimizin ailələri,
sərhədlərimizi qoruyan cəsur Qarabağ müharibəsi
iştirakçıları və qazilərimiz, eləcə də
illərdir öz daimi yaşayış yerlərindən məhrum
olub, qaçqın və məcburi köçkün
statusunda yaşayan vətəndaşlarımız
üçün ödənişsiz göz müayinələri
və müalicələri təşkil edib.
Müayinələr dünən Masazır qəsəbəsində "Azercell”in ən müasir oftalmoloji avadanlıqlarla təchiz olunmuş "Mobil Göz Klinikası” və "Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyinin klinikasında həyata keçirilib. Layihə çərçivəsində göz xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi kimi xidmətlər ödənişsiz əsaslarla göstərilib. Ehtiyac yarandığı təqdirdə müraciət edənlərə optik eynəklər də paylanılıb. Müayinələr zamanı koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində təsdiq edilmiş bütün tələblərə də riayət edilib.
"Azercell Telekom” MMC-in 2010-cu ildən
fəaliyyətə başlayan Mobil Diş və 2011-dən
çalışan Mobil Göz
klinikaları bugünə qədər minlərlə xüsusi qayğıya ehtiyacı olan vətəndaşı, kimsəsiz
uşaqları və aztəminatlı ailələri müalicə
edib.
Azərbaycan.-2020.- 9 oktyabr.- S.12.