Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri,

Nizami Gəncəvinin vətəni olan Azərbaycanın Gəncə şəhərində mülki şəxslərin həlak olması ilə əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvləri adından dərin hüznlə başsağlığımızı bildiririk.

Biz də beynəlxalq ictimaiyyətin bir parçası kimi, 1994-cü ildə əldə olunmuş atəşkəs razılaşmasının son günlərdə pozulması ilə bağlı narahatlığımızı və kədərimizi ifadə edirik. Hazırkı vəziyyətin davam etməsi bütün bölgənin sabitliyi üçün təhdiddir və üçüncü tərəflərin münaqişəyə cəlb edilməsi daim bir təhlükə olaraq qalmaqdadır.

BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrin icrasına dəstək məqsədilə ehtiyac yaranarsa və faydalı olarsa, məsələnin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi çərçivəsində davamlı və sülh yolu ilə həlli üçün birgə təcrübəmizlə kömək göstərməyə hazırıq.

Biz həmsədrlərimiz və Baş katibimizlə koordinasiyalı şəkildə işləyərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzində bu məsələ ilə bağlı beynəlxalq aləmdə təbliğat aparmaq üçün həftəlik videokonfranslar təşkil edirik.

Cənab Prezident, kədər hisslərimizlə yanaşı, xahiş edirik, Sizə olan dərin hörmət və ehtiramımızı da qəbul edəsiniz.

 

Hörmətlə,

Petar Stoyanov

1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti

Eka Tkeşelaşvili

2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini, 2008-ci ildə Xarici İşlər naziri

Azərbaycan.-2020.- 14 oktyabr.- S.1.