Ölkəmizin ərazi
bütövlüyünün bərpası uğrunda
atdığınız məğrur və müdrik
addımları alqışlayırıq
Prezidentə
yazırlar: Ölkəmizin ərazi
bütövlüyünün bərpası uğrunda
atdığınız məğrur və müdrik
addımları alqışlayırıqPrezident İlham
Əliyev
Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin və digər ölkələrin vətəndaşlarından Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir.
"Report"
Prezidentin saytına istinadla həmin məktubların daha bir
neçəsini təqdim edir.
Türkiyənin
Antalya şəhərindən Hasan Demirtaş yazır:
“Hörmətli cənab Prezident, vəzifəmin icrası ilə
əlaqədar 3 il Azərbaycanda yaşamışam. İki qardaş ölkənin iqtisadiyyatı, məhsulu
və xidmət keyfiyyətinin digər ölkələrlə
rəqabət etməsi və üstün olması
üçün çox çalışmışam. Bu müddət ərzində Azərbaycanla
bağlı çoxlu xoş xatirələrim var, eyni zamanda,
sadiq dostlar da qazanmışam. Bu gün biz
işğalçı Ermənistanla haqlı mübarizədə
Sizin və bütün Azərbaycan
xalqının yanındayıq. Lazım gələrsə
verəcəyiniz hər bir tapşırığa da hazır
olduğumu bildirirəm. Arzum Azərbaycana
növbəti səfərimdə Qarabağda dalğalanan
üçrəngli şanlı bayrağımızın
kölgəsi altında durmaqdır. Sizə,
komandanıza, Azərbaycanın igid əsgərinə və
bütün azərbaycanlı qardaşlarıma
ehtiramımı bildirirəm”.
Türkiyənin
Kocaeli şəhərindən Birol Özer: “Hörmətli
Prezidentimiz İlham Əliyev, mən Türkiyədə,
Kocaeli şəhərində yaşayıram. Burak adlı bir
oğlum var. Mən və oğlum hər zaman erməni
işğalına qarşı Sizin və
bütün Azərbaycanın yanındayıq. Azərbaycan
dost və qardaş ölkədir. Biz iki dövlət,
bir millətik. Sizin dostunuz bizim dostumuz,
düşməniniz düşmənimizdir. Buna görə
Sizin sıralarınızda olmaq bizim
üçün şərəfdir. Bizlər
üçün şəhadət ən böyük
mükafatdır. Azərbaycanlı
qardaşlarımızla çiyin-çiyinə dayanmaq
üçün Sizin əmrinizi gözləyirik.
Allaha əmanət olun. Rəbbimiz yar və
yardımçınız olsun!”.
Misirin
paytaxtı Qahirədən Seymur Nəsirov yazır: “Hörmətli
Prezident, cənab Ali Baş Komandan, Sizin rəhbərliyinizlə
Azərbaycan Ordusunun qələbələri münasibətilə
Sizi və xalqımızı ürəkdən təbrik
edirik. İşğalçı Ermənistana
qarşı həyata keçirdiyiniz ədalət müharibəsində
Sizi tam dəstəklədiyimizi bildiririk. Biz harada
yaşamağımızdan asılı olmayaraq hər zaman Vətənə
bağlıyıq, Sizin müdrik rəhbərliyinizlə
doğma Azərbaycanımızda baş verən hadisələri
diqqətlə izləyirik. Bir vətəndaş
kimi bütün qüvvələrimizi səfərbər
etmişik. İnformasiya müharibəsində
aktiv iştirak edirik. Misir ictimaiyyətinin
Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılması
istiqamətində səylərimizi əsirgəmirik. Vətənimiz
qarşısında müqəddəs borcumuzu yerinə yetirməyə
hər an hazırıq. Sizin
və şanlı ordumuzun yanındayıq.
İnanırıq ki, Sizin
komandanlığınızla tezliklə Azərbaycan Ordusu
tarixi ədaləti bərpa edəcək və Vətənimizin
ərazi bütövlüyü təmin olunacaq. Bu şanlı yolda Uca Allah
yardımçınız olsun. Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!”.
İordaniyanın
Əmman şəhərindən Eyhəm Əbu Annəb, Təhsin
əl-Muflih və Ziyad əl-Xarabşeh yazırlar: “Möhtərəm
cənab Prezident, biz İordaniya Azərbaycan Məzunları
Klubunun İdarə heyətinin üzvləri olaraq, Zati-alinizi
salamlamaqdan, Sizə və qardaş Azərbaycan xalqına
möhkəm cansağlığı arzulamaqdan şərəf
hissi duyuruq. Eyni zamanda, Zati-aliniz vasitəsilə
böyük Azərbaycan xalqına daha çox sabitlik, tərəqqi
və firavanlıq diləməkdən sevinc hissi
keçiririk. Hazırkı məktub haqq
işinizə inamımızdan irəli gəlir. Rəşadətli Azərbaycan Silahlı Qüvvələri
təcavüzkar Ermənistan tərəfindən işğal
olunmuş Azərbaycan torpaqlarının azad edilməsi məqsədilə
hərbi əməliyyatlar həyata keçirir.
Şübhəsiz ki, Ermənistan Azərbaycanın tarixi
torpaqlarının 20 faizini işğal edib, bununla da beynəlxalq
hüququn prinsip və normalarını pozub, BMT-nin 822, 853, 874
və 884 saylı qərarlarına məhəl qoymamağa
davam etməkdədir. Beynəlxalq birlik həmin
qərarlar vasitəsilə işğalçı qüvvələrin
işğal olunmuş bütün Azərbaycan
torpaqlarından tam çıxmasını tələb edir.
Biz Azərbaycanın ərazi
bütövlüyünü və beynəlxalq səviyyədə
tanınmış sərhədlərini dəstəklədiyimizi
Zati-alinizə təsdiqləmək istəyirik. Bizim
üçün əziz və dəyərli Azərbaycan
Respublikasının Sizin müdrik rəhbərliyinizlə 30
il ərzində ATƏT-in Minsk qrupu çərçivəsində
danışıqları davam etdirdiyini görürük. Lakin hazırkı Ermənistan rəhbərliyinin
qeyri-konstruktiv və sülh əleyhinə mövqeyi səbəbindən
danışıqlar istənilən nəticəyə gəlib
çıxmayıb. Zati-aliləri, biz çox
yaxşı bilirik ki, erməni təcavüzkarları
işğal olunmuş Azərbaycan ərazilərində
mövcud infrastruktura böyük zərər yetirmiş,
Xocalı soyqırımı kimi qətliamı törətmiş,
Azərbaycan xalqına məxsus tarixi abidələri
dağıtmış və oradakı məscidləri donuz və
mal-qara tövlələrinə çevirmişlər. Bu da bütün İslam dünyası
üçün təhqirdir. Yekunda cəsarətli Azərbaycan
Silahlı Qüvvələrinin Sizin rəhbərliyinizlə və
Sizin əzmkarlığınızdan ilham alaraq, Cənubi
Qafqaz regionunda sülh naminə işğal olunmuş Azərbaycan
torpaqlarını və oradakı insanları azad etmək, eləcə
də ölkənin beynəlxalq tanınmış sərhədləri
daxilində əmin-amanlıq və sabitlik yaratmaq kimi müqəddəs
vəzifəni yerinə yetirməkdə uğur
qazanacağına əminliyimizi ifadə edirik. Zati-aliləri,
Sizin işiniz haqq işidir, inşallah, zəfər Sizin
olacaqdır. Uca və Qüdrətli
Allahdan Zati-alinizi, Azərbaycan Respublikasını və
qardaş Azərbaycan xalqını qorumağı rica edirik”.
Ukraynadan
Zakir Cabbarov yazır: “Hörmətli Prezident, cənab Ali
Baş Komandan, Sizin Azərbaycan üçün etdikləriniz
sayəsində xalqımız bütün dünyada
başını uca tutur. Allah da daim Sizi uca
etsin. Siz gecə-gündüz xalqa xidmət
edirsiniz. Gün o gün olsun ki, Sizi Kəlbəcərdə
öz evimizdə qonaq edək. Heç olmasa, biz də
bir günlük Sizin qulluğunuzda duraq. Bütün işlərinizdə Allah Sizin köməyiniz
olsun. Allah Sizi qorusun, inşallah”.
İmişli
rayonunun sakini Nicat Rüstəmov yazır: “Cənab Ali Baş
Komandanımız, Mənim yaşım az olduğuna görə
hələlik cəbhəyə yollana bilmirəm. Amma bütün qərarlarınızı ürəkdən
dəstəkləyirəm. Əminəm
ki, tezliklə işğal altında olan
torpaqlarımızı düşməndən azad edəcək,
həmçinin Azərbaycanın siyasi mövqeyini möhkəmləndirəcəksiniz.
Mən də Sizə söz verirəm ki, igid əsgər
kimi daim Vətənimi şərəflə qoruyacaq, onun
adını uca tutmaq üçün layiqli, savadlı
övlad olacağam”.
Şəmkirdən
Xəlil İsgəndərov: “Əziz və hörmətli Prezidentimiz,
Siz ulu öndər Heydər Əliyev siyasətinin
davamçısı olmaqla müstəqil Azərbaycanımızın
sürətli inkişafına və dünya miqyasında
tanınmasına nail olmusunuz. Sizin rəhbərliyinizlə
Azərbaycan müasir inkişafın zirvəsinə yüksəlmişdir,
dünya birliyində özünə layiqli yer tutmuşdur.
Mən onu deyə bilərəm ki, Azərbaycan
Respublikası heç vaxt indiki kimi güclü
olmamışdır. İndi bizim
güclü ordumuz və müasir silahlarımız var, həmin
ordunun gücü ilə erməni təcavüzkarları tərəfindən
işğal edilmiş torpaqlarımızı azad edə bilərik.
Sizin göstərişinizlə biz Azərbaycan
xalqı olaraq hər zaman hər şeyə hazırıq.
Mən Sizin daxili və xarici siyasətinizi həmişə
dəstəkləyirəm, qələbə bizimlədir.
Arzu edirəm ki, müharibə tezliklə
qurtarsın, köçkünlərimiz doğma
yurd-yuvalarına qayıtsın. Xalq Sizi Azərbaycanın
Milli Qəhrəmanı adına layiq
görür. Mən fəxr edirəm ki, Sizin
kimi Prezidentimiz var. Allah Sizi, əsgərlərimizi və Azərbaycan
xalqını qorusun. Vətən uğrunda
canından keçən şəhidlərimizə Allah rəhmət
eləsin. Nə yaxşı ki, Sizin kimi Prezidentimiz və
ordumuzun igid, cəsur əsgərləri var. Şəhidlərimizin
qanı heç vaxt yerdə qalmayacaq, qisası alınacaq! Bu
şüar daim səslənəcək: İlhamla daim irəli!
Qarabağ Azərbaycandır!”.
Şəki
sakini Könül Qasımova: “Hörmətli cənab Prezident,
son zamanlar qazandığımız bütün uğurlu əməliyyatlara,
aldığımız bütün şad xəbərlərə
görə Sizə və güclü, rəşadətli
ordumuza təşəkkür edirəm və bu haqq yolunda daha
böyük uğurlar arzulayıram. Biz həmişə
Sizin arxanızdayıq, Sizinləyik. İnanırıq
ki, Azərbaycan Ordusu tezliklə böyük zəfər
çalacaq”.
Salyan
rayon sakini Tahir Gülnəzərov: “Cənab Ali Baş
Komandan, çoxdan bəri gözlədiyimiz “İrəli!” əmrini
verdiyiniz üçün Sizə minnətdarıq. Çünki bu əmrə əsasən düşmən
təxribatına layiqli cavabı verilir. Torpaqlarımız
işğaldan tədricən azad olunur. Bu savaş naminə
hər birimiz müsəlləh əsgər kimi Sizin əmrinizə müntəzirik. Biz Ordumuzla fəxr edirik və inanırıq ki, Sizin
komandanlığınızla torpaqlarımız
işğaldan tezliklə azad ediləcək. Qarabağ
Azərbaycandır! Yaşasın Azərbaycan!”.
Salyan
sakini Əliağa Yunusov: “Hörmətli cənab Prezident,
artıq 30 ildir ki, xalqımızın gözlədiyi gün
Sizin qətiyyətli mövqeyiniz, siyasi
bacarığınız və cəsarətli
addımlarınız hesabına gəlib
çatmışdır. Sizin uğurlu daxili və
xarici siyasətiniz güclü Azərbaycan Ordusunun
formalaşmasını və nüfuzunun artmasını təmin
etmişdir. Aşağı Muğan
Meliorativ Sistemlərin İstismarı İdarəsinin kollektivi
Ermənistanın təxribatına cavab olaraq Azərbaycan
Silahlı Qüvvələrinin başladığı
uğurlu əks-hücum əməliyyatını dəstəkləyir,
Ordumuzun uğurlarını hər bir azərbaycanlı kimi
biz də sevinc və qürur hissi ilə
alqışlayırıq. Yaşasın Ali Baş
Komandanımız və rəşadətli Ordumuz!”.
Qazax rayon sakini Vələd Məmmədov: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizi öz adımdan, Qarabağ döyüşlərində iştirak etmiş veteranlar adından, çalışdığım Qazax rayon suvarma sistemlərinin çoxsaylı işçiləri adından, yaşadığım Kosalar kəndinin ağsaqqalları adından salamlayır, Sizə uzun ömür, cansağlığı və bu böyük, şərəfli işinizdə nailiyyətlər arzulayırıq. Allah Sizə yar olsun. Biz Sizin haqq işinizi həmişə dəstəkləyir və bəyənirik. Apardığınız daxili və xarici siyasəti ürəkdən alqışlayırıq. Yaxşı ki, varsınız. İnanırıq ki, Sizin komandanlığınız altında mətin ordumuz tezliklə qələbə çalacaq, erməni faşistləri tərəfindən zəbt olunmuş torpaqlarımız qısa müddət ərzində azad olunacaq və üçrəngli bayrağımız iftixarla doğma Qarabağda dalğalanacaq. Hamımız səbirsizliklə o günü gözləyirik. Torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Hörmətli Prezident, ürəyimiz xoş arzularla doludur, sadalamaqla bitməz. Siz Qarabağ Qələbəsi ilə öz adınızı tarixə qızıl hərflərlə həkk etmiş olacaqsınız. Allah Sizə və müzəffər Ordumuza yar olsun!”.
Gəncə şəhər sakini Ramiz Məhərrəmov: “Möhtərəm cənab Prezident, son günlər Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatı və hərbi əməliyyatları pisləyir, Sizin əmrinizlə düşmənə qarşı keçirilən əks-hücum əməliyyatlarını dəstəkləyirik. Bir Qarabağ müharibəsi veteranı kimi hər çıxışınızı diqqətlə dinləyib Sizinlə fəxr edirik. Bütün veteranlar siyasətinizi dəstəkləyir, Sizə inanırlar. İnanırıq ki, komandanlığınızla rəşadətli əsgərlərimizin döyüşlərdə qazandığı uğurlar böyük qələbə ilə nəticələnəcək və üçrəngli bayrağımız işğal altından azad edilmiş bütün torpaqlarımızda dalğalanacaq. Allah Sizi, ailənizi və Ordumuzu qorusun! Biz həmişə yanınızdayıq! Fəxr edirik ki, Sizin kimi Prezidentimiz, Ali Baş Komandanımız var!”.
Tovuz rayonunun sakini Ədalət Abdullayev: “Hörmətli cənab Ali Baş Komandan, son günlər Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun cəbhə bölgəsində torpaqlarımızın azad olunması uğrunda göstərdiyi şücaətlər bütöv Azərbaycan xalqı olaraq bizləri hədsiz sevindirir və qürurlandırır. Ermənilərin törətdiyi təxribata qarşı şanlı ordumuza əks-hücum əməliyyatlarına başlamaq əmri verməyiniz bizim uzun illərdir ki, qəlbimizdə bəslədiyimiz arzularımızın gerçəkləşməsinə səbəb oldu. Sizin böyük siyasi iradə göstərib torpaqlarımızın erməni faşizmindən azad olunmasında və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda atdığınız məğrur və müdrik addımlarınızı alqışlayaraq, Siz başda olmaqla xalqımıza yeni-yeni uğurlar arzulayırıq”.
İsmayıllı rayonunun sakini Şəhriyar
Maxsudov: “Cənab Ali Baş Komandan, mən ehtiyatda olan əsgər
kimi hər zaman Vətənimizin bütövlüyü
uğrunda qəhrəmancasına döyüşməyə
hazıram. Erməni silahlı qüvvələrinin ölkəmizə
qarşı təxribatına cavab olaraq əks-hücuma
keçən ordumuzun cəbhədəki uğurları məni
də ruhlandırır və igid əsgərlərimizlə
birlikdə olmağa sövq edir. Hörmətli Prezident, fəxr
edirəm ki, Sizin kimi rəhbərimiz var. Sizin qətiyyətli,
ardıcıl və uğurlu siyasətiniz nəticəsində
uğur qazanacağımıza inanıram. İnşallah,
tezliklə bütün Azərbaycana qələbə xəbəri
verəcəyinizə ümid edirəm. Yaşasın Azərbaycanın
Ali Baş Komandanı! Qarabağ Azərbaycandır!”.
Azərbaycan.-2020.- 14 oktyabr.- S.1-2.