Gəncədə Ermənistan
silahlı qüvvələrinin raket atəşləri
nəticəsində dağılmış binalara
baxış keçirib
Oktyabrın 13-də Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket atması nəticəsində dağılmış binalara baxış keçirib.
AZƏRTAC
xəbər verir ki, nazir Ermənistan ordusunun beynəlxalq
hüququn norma və prinsiplərini, habelə humanitar atəşkəs
rejimini kobudcasına pozaraq raket zərbələri endirdiyi ərazilərə
baxış keçirib, hərbi cinayət nəticəsində
dağılmış mülki obyektlər və
yaşayış binalarının vəziyyəti ilə
tanış olub.
Sakinlərlə
görüşən K.Heydərov Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin hər zaman Azərbaycan vətəndaşının
yanında olduğunu diqqətə çatdıraraq, əhalinin
təhlükəsizliyinin təmin edilməsi və mövcud
problemlərin aradan qaldırılması ilə bağlı
bütün tədbirlərin görüldüyünü
bildirib.
Azərbaycan.-2020.- 14 oktyabr.- S.3.