Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin adına saxta “Teleqram” kanalı və
“Instagram” hesabı açılıb
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin adına saxta “Teleqram” kanalı və “Instagram” hesabı açılıb.
Bununla
əlaqədar Müdafiə Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a daxil olan məlumatda bildirilib: “Vətəndaşları,
sosial şəbəkə istifadəçilərini və
KİV nümayəndələrini həmin saxta kanala
(https://t.me/azerbaycan_mudafie_nazirliyi) və hesaba (https://www.instagram.com/mudafie.nazirliyi)
istinad etməməyə çağırırıq.
Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin
rəsmi “Teleqram” kanalı və “Instagram” hesabı bu linklərdədir:
https://t.me/Azerbaijan_MOD, https://www.instagram.com/azerbaijan_mod.
Azərbaycan.-2020.- 14 oktyabr.- S.3.