Bundestaqın deputatı: Gəncəyə hücum – atəşkəsin pozulmasının kulminasiya nöqtəsidir

 

Azərbaycanın Gəncə şəhərinə hücum nəticəsində mülki əhali arasında çoxsaylı insan tələfatı son günlər sülhün pozulmasının kədərli kulminasiya nöqtəsi oldu.

AZƏRTAC xəbər verir ki, Almaniya Bundestaqının Xristian-Sosial Partiyasından olan deputatı Nikolas Löbel bu sözləri özünün “Twitter” mikrobloqunda yazıb.

Deputat “Moskvadakı danışıqların regiona daha çox sakitlik gətirməli olduğunu” vurğulayıb.

N.Löbel bu şərhini “Taggeschau.de” nəşrinin onlayn-versiyasında çıxmış “Azərbaycan şəhərinə hücum” sərlövhəli məqaləsi ilə bərabər öz mikrobloqunda yerləşdirib.

 

 

Azərbaycan.-2020.- 14 oktyabr.- S.3.