Gəncəyə xain hücum
Ermənistanın terrorçu mahiyyətinin ifşası
Türkiyə mətbuatının əsas gündəm mövzusudur
Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığı ordumuzun işğal olunmuş ərazilərimizin azadlığı uğrunda həyata keçirdiyi son əməliyyatlar zamanı bir daha təsdiqini tapdı. Türkiyə ən yaxın müttəfiqinin dərdini hər zaman bölüşdüyünü və onu heç zaman yalnız qoymayacağını bütün dünyaya nümayiş etdirdi.
Ordumuzun uğurlu hərbi əməliyyatları ilə yanaşı, Ermənistanın Gəncə şəhərini ballistik raketlə vurması Türkiyə KİV-in xüsusi diqqət mərkəzində yer almaqdadır. Qardaş ölkə mediasında döyüş meydanında aldığı məğlubiyyətlə barışmayan işğalçının azğınlaşaraq günahsız insanları hədəfə aldığı diqqətə çatdırılır. Qəzetlər Ermənistanın Azərbaycana qarşı törətdiyi davamlı təxribatlarla bağlı xüsusi reportajlar təqdim edir.
İlk gündən Azərbaycan Ordusunun uğurlarına geniş yer verən "Sabah” qəzeti "Alçaqlar”, "Bizi gecə yatarkən vurdular” başlıqlı xəbərləri manşetdən verib. Xəbərlərdə qeyd olunur ki, Ermənistan atəşkəsi pozub və oktyabrın 11-i gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri olan və təmas xəttindən uzaqda yerləşən Gəncə şəhərini raketlə vurub, nəticədə 10 nəfər mülki şəxs həlak olub və aralarında azyaşlı uşaqlar da olmaqla 34 nəfər yaralanıb. Bunun Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti müharibə cinayəti olduğunu diqqətə çatdıran nəşr yazır ki, işğalçı ölkənin günahsız insanları, uşaqları, qadınları hədəfə alaraq ardıcıl olaraq bu cür çirkin hücumlara əl atması bir daha onun faşizm xislətini və cinayətkar mahiyyətini göstərir.
"Yeni Şafak” qəzeti "Dünya bunu görsün” başlıqlı xəbərində yazır ki, humanitar məqsədlərlə Rusiyanın vasitəçiliyi ilə oktyabrın 10-da atəşkəs razılığı əldə edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri 11 oktyabr gecə saat 2-də öz ölkəsinin ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni "SCUD” ballistik raketi ilə bombalayıb. Nəticədə 10 nəfər həlak olub, 17-si qadın və 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 3 bina tamamilə məhv edilib, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.
Müəllif yazır ki, 27 sentyabrdan bu günədək Ermənistanın silahlı qüvvələri döyüş bölgələrindən kənarda yerləşən Gəncə və Mingəçevir şəhərlərini, Abşeron, Xızı, Bərdə, Beyləqan, Ağcabədi, Zərdab, Goranboy, Göygöl, Tərtər, Yevlax yaşayış məntəqələrini atəşə tutaraq 13-ü qadın, 3-ü uşaq olmaqla, 41 mülki şəxsi qətlə yetirib, 206 mülki şəxsi yaralayıb. Vurğulanır ki, yaralananlar içərisində 44 qadın və 22 uşağın (onlardan 6 körpə) olması diqqət çəkir.
"Hürriyet” qəzetinin "Yuxudakı mülki əhalini raketlə vurdular”, "Vacib 72 saat” başlıqlı xəbərlərində Ermənistanın atəşkəs rejiminə əməl etməməsi ilə bölgə və beynəlxalq aləmdə sülhü və təhlükəsizliyi ciddi şəkildə təhdid etdiyi diqqətə çatdırılır. Bildirilir ki, cəbhədəki məğlubiyyəti ilə barışmayan Ermənistan azğınlıq edərək günahsız insanları hədəfə alıb. Ermənilər dinc azərbaycanlı əhaliyə qarşı vandalizm həyata keçirirlər. Oktyabrın 11-də gecə Gəncədə yaşayış binasının hədəf alınması Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror aktıdır.
"Mülki əhaliyə ballistik raket”, "72 saatda sözünü unutdu” başlıqlı xəbərləri "Milliyet” qəzetində dərc olunub. Qəzet yazır ki, Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir: "Ermənistanın cəzasız qalması onu daha çox müharibə cinayətlərinə sövq edir. Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu, 10 nəfər mülki şəxs həyatını itirdi. Ermənistanı dayandırmaq lazımdır”.
"Türkiye” qəzeti "Eyni oyun” başlıqlı xəbərini manşetdən oxuculara təqdim edib. Bildirilir ki, Ermənistan tərəfindən həyata keçirilən növbəti vandallıq aktı nəticəsində Azərbaycanın mülki vətəndaşları həlak olub, onlarca insan yaralanıb. Məqalədə xatırladılır ki, oktyabrın 10-da Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin Rusiyanın vasitəçiliyi ilə Moskvada keçirilən görüşündə humanitar atəşkəs barədə razılaşma əldə olunub. Lakin Ermənistan bu razılaşmadan irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina edir və öz təcavüzkar siyasətini daha da genişləndirməyə çalışır.
"Sözcü”
qəzetinin "Şərəfsizlik” başlıqlı məqaləsində
yazılır ki, Gəncə kimi qədim tarixə malik,
dünya mədəni irsində xüsusi yeri olan şəhərin
hədəf seçilməsi Ermənistanın insanlıq əleyhinə
yönəlmiş təhlükəli siyasətindən xəbər
verir: "Bu, bir daha onu göstərir ki, Ermənistan terror və
vandalizmi dövlət siyasəti səviyyəsinə
qaldırıb və bu gün də həmin xətti israrla
davam etdirir”.
"Akşam”
qəzeti "Qatil atəşi kəsmədi”, "Türkiyəsiz
problem çözülməz” başlıqlı xəbərlərində
Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-i
gecə saatlarında Azərbaycanın ikinci ən
böyük şəhəri olan və təmas xəttindən
uzaqda yerləşən Gəncə şəhərinə
raket hücumları etdiyini, nəticədə 10 nəfər
mülki şəxs həlak olduğunu və aralarında
azyaşlı uşaqlar da olmaqla 34 nəfərin
yaralandığını diqqətə çatdırıb.
"Yeni akit” qəzetinin "Uşaq qatillərinə dünya susur” başlıqlı xəbərində deyilir ki, Ermənistan atəşkəs rejimindən dərhal sonra Gəncədə mülki insanların məskunlaşdığı əraziyə raket hücumu edib, nəticədə 10 nəfər mülki şəxs həlak olub. Erməni faşistlərinin öz xislətlərindən əl çəkmədiklərini vurğulayan nəşr yazır ki, Azərbaycan Ordusu ilə üzbəüz döyüşdə aciz olan bu vandallar dinc əhalini, qocanı, uşağı hədəfə götürürlər.
Qəzetlərdən
"Aydınlık”ın "Türkiyə artıq Qərbi
dinləmir”, "Diriliş postası”nın "Ermənistan
müharibə cinayəti işlədir”, "Milat”ın
"Gəncə qan ağlayır”, "Yeni Asya”nın
"Ermənistan atəşkəsə rəğmən
vurdu”, "Anayurt”un "Ermənistan Rusiyanı müharibəyə
çəkir”, "Yeni mesaj”ın "Terror dövləti”,
"Yeniçağ”ın "Azərbaycan dayandı, Ermənistan
vurdu”, "Türkgün”ün "Fahişəlikdə sərhəd
tanımır” və "Yeni birlik”in "Ermənistan Gəncəni
vurdu”, "Bizi test etməyin” başlıqlı xəbərlərində
diqqətə çatdırılır ki, Gəncənin
mülki əhalisini hədəf alan Ermənistan
münaqişənin sülh yolu ilə həllində
maraqlı deyil və Azərbaycana qarşı yeni hücumlar
üçün fürsət və bəhanələr
axtarır.
Elçin CƏFƏROV
Azərbaycan.-2020.- 14 oktyabr.- S.8.