“Ermənistanın
bu əməlləri regional
sülhə böyük təhdid
yaradır”
Azərbaycan özünün suveren əraziləri çərçivəsində müharibə aparır, Ermənistan isə öz ərazisindən istifadə etməklə Azərbaycanın şəhərlərini atəşə tutur. Ermənistanın bu əməlləri regional sülhə böyük təhdid yaradır.
AZƏRTAC xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 11-də Azərbaycanda akkreditə olunan xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün təşkil edilən brifinqdə deyib.
Prezidentin
köməkçisi qeyd edib
ki, Ermənistan enerji
infrastrukturlarını da hədəfə
alır və bu da təkcə
Azərbaycan üçün deyil, digər ölkələr üçün də təhlükə
yaradır.
Azərbaycan.-
2020.-13 oktyabr.- S.6.