Elçin Əmirbəyov: “Ermənistan humanitar atəşkəslə bağlı Moskvada əldə olunmuş
razılaşmaya hörmət etmir”
Ermənistan humanitar atəşkəslə bağlı Moskvada əldə olunmuş razılaşmaya hörmət etmir.
AZƏRTAC xəbər verir ki, bunu Fransanın “L’Opinion” qəzetinə müsahibəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi səfir Elçin Əmirbəyov bildirib.
Elçin Əmirbəyov qeyd edib ki, cümə günü Moskvada imzalanan humanitar atəşkəs razılaşmasından sonra da vəziyyət dəyişməz olaraq qalır: “Moskva görüşündən əvvəl vəziyyət necə idisə, elə də davam edir. Üstəlik, bazar gününə keçən gecə daha intensiv hal alıb. Ermənistandan atılan ballistik raketlər Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə düşüb, nəticədə 9 nəfər həyatını itirib və 34 nəfər yaralanıb. Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyası da hədəfə alınıb”, - deyə E.Əmirbəyov qeyd edib.
Birinci
vitse-prezidentin köməkçisi bildirib ki, Azərbaycan ərazisi
separatçıların qruplaşdığı
Dağlıq Qarabağ bölgəsindən
deyil, Ermənistandan - Vardenis
bölgəsi və Sevan gölünün
cənub-şərqindən raket atəşinə
tutulur: “Bu, bir tələdir. Çünki
Ermənistanın Rusiya ilə müdafiə
sazişi Dağlıq Qarabağ
üçün keçərli deyil. Azərbaycanın Ermənistan ərazisinə
cavab zərbələri isə hadisələrin
gedişatını dəyişə bilər”.
Azərbaycan.-
2020.-13 oktyabr.- S.6.