Beynəlxalq təşkilatlar Ermənistanın bu hücumlarını qınamalı, ona sanksiyalar tətbiq etməlidirlər

 

Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün hüquqları özündə qoruyur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Gəncədə keçirilən brifinqdə bildirib.

Elçin Əmirbəyov deyib: “Əgər beynəlxalq ictimaiyyət bizdən xahiş edirsə ki, ermənilərə şans verək, biz bu şansı verdik. Lakin Ermənistanın bu təxribatları onu sübut edir ki, onlar bu şansdan istifadə etmək istəmirlər. İlk növbədə, beynəlxalq təşkilatlar bu hücumları qınamalı, Ermənistana sanksiyalar tətbiq etməlidirlər.

 

Azərbaycan.- 2020.-13 oktyabr.- S.6.