BBC Ermənistanın Gəncəni raket
atəşinə tutması ilə bağlı reportaj yayımlayıb
BBC telekanalı Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması ilə bağlı reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin dağıntılar içində olduğu bildirilir. Bu görüntülərin Ermənistan tərəfindən atılan ballistik raketin qalıqları olduğu qeyd edilir. Vurğulanır ki, Azərbaycan Ermənistanı müharibə cinayəti törətməkdə ittiham edir.
Reportajda deyilir: “Aydın görünür ki, insanların məskunlaşdığı binaların, mənzillərin yerləşdiyi bu ərazi mülki hədəf olub. Dağıntılar arasında ətrafa səpələnmiş yataq dəstləri, döşəklər, örtüklər var. Hücum gecə saat 2 radələrində baş verib. Atəşkəs rejimi tətbiq olunmalı idi. Ancaq bu, daha çıx total müharibəyə oxşayır”.
Bəs sonra
nə olacaq? Müxbir
bu sualla Azərbaycan
Respublikası Prezidentinin köməkçisi-Prezident
Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət
Hacıyevə müraciət edib. Hikmət
Hacıyev bildirib ki, indiki mərhələdə biz
atəşkəs mərhələsinə əməl etməyə
çalışırıq. Ancaq əlbəttə ki, ermənilər
bizim mülki vətəndaşlarımıza
qarşı hücumları davam etdirsələr,
hər bir ölkənin olduğu
kimi, bizim də özümüzü müdafiə hüququmuz var. Əgər
Ermənistan Azərbaycanın mülki
obyektlərinə hücumu davam etdirsə, o zaman Azərbaycan legitim
hərbi hədəflərə qarşı lazımi tədbirləri
görmək məcburiyyətində qalacaq.
Azərbaycan.- 2020.-13 oktyabr.- S.6.