Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident,

Ölkənizin üzləşdiyi çətin vəziyyət və ərazi münaqişəsi bütün dünya ictimaiyyəti ilə yanaşı, biz yazıçı və şairləri də narahat edir. Lakin Sizin dərin zəkanız, mükəmməl diplomatik fəaliyyətiniz və xalqınıza olan sevginiz bizim hər birimizi qarşıdakı parlaq günlərə və xoşbəxt gələcəyə ümidləndirir.

Biz – yazıçı və şairlər, əslində, bütün müharibələrin əleyhinəyik, ancaq Sizin vəziyyətiniz bizim hər birimizi düşünməyə vadar edir. Siz başqa ölkənin torpaqları üçün döyüşmürsünüz. Siz ölkənizdə öz torpaqlarınız uğrunda vuruşursunuz.

Dünya siyasətçilərinin bildirdiyinə görə, artıq başqa çıxış yolu qalmayıbmış. Bu vəziyyət bizi inandırır ki, Azərbaycanın və onun xalqının gələcəyi üçün hərəkətə keçmək vaxtıdır.

Azərbaycan dünyaya bir çox uzaqgörən və müdrik insanlar bəxş edib. Ölkəniz xalqınızın mehribanlığı və qonaqpərvərliyi ilə məşhurdur. Biz əminik ki, həmin insanlar öz səbir və şəfqəti ilə nümunə olacaqlar.

Sizimehriban xalqınızı ürəkdən dəstəkləyirik.

Dərin hörmətlə,

 

Biplab MajeeHindistandan şair, ədəbi tənqidçi

 

Gjeke Marinaj – ABŞ-dan Alban-Amerikan Yazarlar Cəmiyyətinin ilk prezidenti

 

Xosiyat RustamÖzbəkistandan şair, tərcüməçi

 

Rosailba Fantastiko Di Kastronİtaliyadan teatr tamaşalarının səhnələşdirməsi üzrə beynəlxalq mütəxəssis

 

Vadim TeryoxinRusiyadan Rusiya Yazıçılar Birliyinin həmsədri

 

Mai Van PhanVyetnamdan Vyetnam Yazarlar Birliyinin üzvü

 

Sovan BhattaçaryaHindistandan şair, yazıçı, beynəlxalq müsabiqələr laureatı

 

Daniela Andonovska-TrajkovskaMakedoniyadan "St. Kliment OhridskiUniversitetinin dosenti

 

Mehmet Nuri ParmaksızTürkiyədən Elmi-Ədəbi Əsər Müəllifləri Birliyinin baş direktoru

 

Sungrye Han – Koreya Respublikasından şair, tərcüməçi, dosent

 

Coskun KarabulutTürkiyədən şair, yazıçı

 

Rudolf MarkuBöyük Britaniyadan şair

 

Karlos Ernesto Qarsiyaİspaniyadan şair, yazıçı jurnalist

 

Con FarndonBöyük Britaniyadan Avrasiya Yaradıcılıq Gildiyasının sədri, şair

 

Azərbaycan.- 2020.- 15 oktyabr.- S.3.