Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident,

Ermənistan ilə Azərbaycan arasında gərginliyin artmasını, Gəncə şəhərinin və Dağlıq Qarabağın digər ətraf ərazilərinin atəşə tutulmasını, insanların, o cümlədən uşaqların həlak olmasına gətirib çıxaran son qarşıdurmanı həyəcanla izləyirəm.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi insanların həlak olması ilə əlaqədar Sizə başsağlığı verir və yaranmış vəziyyətdən dərin narahatlığımı ifadə edirəm.

Hamı beynəlxalq hüquqa, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməlidir.

Ehtiyac yaranarsa və faydalı olarsa, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün öz təcrübələrindən istifadə edərək kömək göstərməyə hazırdırlar.

Məhz bu cür vəziyyətlərdə bütün səviyyələrdə dialoqun aparılmasına ehtiyac var. Bu işdə Sizə dəstək verməyə hazırıq.

Məmnuniyyətlə İtaliya qəzetində Sizin məxsusi müsahibənizi görmək istərdim.

Cənab Prezident, xahiş edirəm Sizə yüksək hörmət və ehtiramımızı qəbul edin.

Hörmətlə,

 

Franko Frattini

İtaliyanın sabiq Xarici İşlər naziri

 

Azərbaycan.- 2020.- 15 oktyabr.- S.3.