Erməni faşizminin qanlı cinayətləri

 

 

Sentyabrın 27-dən başlayaraq Azərbaycanın tarixinə yeni, şərəfli səhifələr yazılır. Ermənistanın növbəti təxribatına cavab olaraq rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 30 ildir düşmən tapdağında qalan doğma torpaqlarımız işğaldan azad edilir.

Cəbhədən gələn hər xoş müjdə Azərbaycanın qələbəyə getdikcə daha çox yaxınlaşdığını, Ermənistanın isə rəzil duruma düşdüyünü göstərir. Əslində, erməni faşistləri özləri də döyüşlər başlayandan, Silahlı Qüvvələrimizin hünərini görəndən bəri uduzduqlarının fərqindədirlər. Lakin məğlubiyyətlərini heç cür həzm edə bilmirlər.

Döyüş meydanında güclü ordumuzla üz-üzə gəlməyə cürət etmədikləri üçün də hirs-hikkələrini, nifrətlərini günahsız insanlardan çıxmağa çalışırlar. Xislətlərindəki namərdliyə, qorxaqlığa, murdarlığa xas olaraq döyüş meydanındakı məğlubiyyətlərinin acısını əliyalın camaatdan alırlar. Bu faşist xislətli rejim əvvəlki ənənəsinə sadiq qalaraq yenə də çirkin simasını göstərir, insanlığa sığmayan əməllərə imza atır, uşaq, qoca, körpə bilmədən dinc əhalini hədəfə alır.

Artıq iyirmi günə yaxındır ki, təcavüzkar Ermənistanın silahlı qüvvələri hər gün beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror törədirlər.

10 oktyabr saat 12:00-dan etibarən Moskvada razılaşdırılıb elan edilmiş humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı bölmələri hər gün gecə-gündüz yaşayış məntəqələrimizi atəşə tutur. Azərbaycan Ordusu düşmənin yalnız hərbi obyektlərini nişan aldığı halda, erməni silahlı qüvvələri həm cəbhəboyu rayon və kəndlərimizi, həm də cəbhə zonasından uzaq məsafədə yerləşən şəhərlərimizi ağır artilleriyaraket atəşinə tutur, nəticədə mülki şəxslər yaralanır, həlak olur, evlər və sosial obyektlər dağıdılır.

 

 

Məkrli erməni siyasətinin çirkin üzü

 

 

Oktyabrın 11-də gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri, cəbhə xəttindən 80 kilometr uzaqda yerləşən Gəncənin Ermənistan rəhbərliyinin əmri ilə bombardman edilməsi isə Xocalıdan sonra azərbaycanlılara qarşı törədilən növbəti soyqırımı aktıdır. Ermənistanın bu vəhşi hücumu nəticəsində 4-ü qadın olmaqla 10 nəfər həlak oldu, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralandı. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəydi. Humanitar atəşkəsin elan olunmasından bir neçə saat sonra Gəncədə çoxmənzilli yaşayış binalarına endirilən raket zərbələri erməni terrorçularının barbarlığını, qəddarlığını dünyaya bir daha göstərdi.

Oktyabrın 15-də günorta saatlarında isə erməni dığaları insanlığa sığmayan növbəti əmələ əl atdılar. Dəfn mərasimi keçirilən zaman Tərtər şəhər qəbiristanlığını qəsdən ağır artilleriyadan atəşə tutdular. 3 mülki şəxs elə hadisə yerindəcə həlak oldu, 5 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildi. Hadisə zamanı yaralananlardan biri - İsgəndər Əmirov isə axşam saatlarında xəstəxanada dünyasını dəyişdi.

Həmin vaxt dəfn edilən qadın İsgəndər Əmirovun qayınanası idi. Tərtər rayonundan olan 80 yaşlı Rəfiqə Məmmədova Yevlaxda qızıgildə vəfat etmişdi. Onun cənazəsi dəfn edilməsi üçün Tərtərə gətirilmişdi...

Ermənistanın Azərbaycanın dinc və günahsız əhalisinə qarşı qətliam törətməsi terrorçu xislətindən heç bir zaman əl çəkməyəcəyini göstərir. Mülki vətəndaşlarımıza tuşlanan hər nişan erməni faşistlərinin nə qədər vəhşi, rəhmsiz, qaniçən olduğunun növbəti sübutu, bariz nümunəsidir. Bu murdar xislətli təcavüzkarlar nifrətə, kinlə o qədər kökləniblər ki, hətta dinc əhaliyə atdığı raketlərdə qadağan olunmuş odsaçanlardan - kaset döyüş başlıqlarından belə istifadə edirlər. Bu isə məkrli erməni siyasətinin çirkin üzünü, mənfur düşmənin öz qəddar əməllərini törətmək üçün bütün vasitələrə əl atmaqdan çəkinmədiyini göstərir.

 

 

 

Gəncə qətliamı Bakıda da baş verə bilərdi

 

Oktyabrın 13-də Ermənistan silahlı qüvvələrinin növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi, dinc əhali arasında növbəti tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəfləndiyi müşahidə edildi. Təbii ki, mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə hərbi hədəf kimi start vəziyyətində olan raketlər Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vaxtında aşkarlanaraq qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarıldı. Əgər o raketlər zamanında məhv edilməsəydi, Gəncə qətliamı Bakıda və digər şəhərlərimizdə də baş verə bilərdi.

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHM) Qərargah rəisi general-mayor İkram Əliyev ölkəmizdə akkreditə olunan diplomatik korpusun rəhbərləri və hərbi attaşelərin iştirakı ilə keçirilən brifinqdə qeyd etdi ki, ballistik raketlərə qarşı xüsusi əməliyyatların nəticəsində oktyabrın 12-də saat 14 radələrində işğal altındakı Qubadlı rayonu ərazisində bir ədəd "Toçka-Uraketi, oktyabrın 14-də gecə saat 01 radələrində iki ədəd və səhər 08:30 radələrində bir ədəd olmaqla ümumilikdə üç ədəd "Elbrusballistik raket qurğusu raketləri ilə birlikdə ordumuz tərəfindən aşkarlanaraq məhv edilib.

İkram Əliyev bildirib ki, 300 kilometr atış məsafəsinə malik "Elbrus” ballistik raketi kifayət qədər ön cəbhəyə gətirildiyi halda Bakı şəhərinə çatacaq uçuş məsafəsinə malikdir. Əgər bu raket Dağlıq Qarabağ ərazisinə gətirilsəydi, atəş məsafəsi hətta Bakını da ötə bilərdi.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Azərbaycana qarşı raket hücumları Ermənistan ərazisindən həyata keçirilir. Müstəqil Dövlətlər Birliyi tarixində ilk dəfədir ki, Ermənistan bu cür dağıdıcı gücə malik ballistik raketləri sivillərin sıx məskunlaşdığı böyük şəhərə qarşı istifadə edir.

Hikmət Hacıyev diqqətə çatdırıb ki, Azərbaycan humanitar atəşkəsə sadiqdir. Amma Ermənistan ərazisindən ölkəmizin hərbi və mülki obyektlərinə, dinc insanlara qarşı raket və digər hücumlar olduğu təqdirdə, Azərbaycan legitim hərbi hədəflər olaraq onların zərərsizləşdirilməsi hüququnu özündə saxlayır.

 

 

Tökülən qanlar yerdə qalmayacaq

 

 

Ermənistan ərazisindən Azərbaycan şəhərlərinə raket hücumlarının əsas məqsədi Azərbaycanı eyni tərzdə cavab verməyə təhrik, münaqişənin coğrafiyasını genişləndirmək, beləliklə də, münaqişəyə üçüncü ölkələri cəlb etməkdir. Bundan başqa, erməni şovisinitləri dinc əhalini hədəf almaqla xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi dədə-baba torpaqlarımızın itirilməsi ilə razılaşmağa məcbur etmək istəyirlər. Amma Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayıb və unutmayıb. Elə ona görə də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər Ordumuzun şücaəti və xalqın dəstəyi ilə Azərbaycanın tarixi torpaqlarının erməni işğalından azad edilməsi uğrunda haqq savaşına başlayıb. Terroru dövlət siyasəti səviyyəsində həyata keçirən, vətəndaşlarımıza qarşı soyqırımlar törədən qatil Ermənistan bu cinayətlərə görə ədalət məhkəməsi qarşısında mütləq cavab verəcək. Tökülən qanlar yerdə qalmayacaq!

 

 

Xəyalə MURADLI

Azərbaycan.-2020.-17 oktyabr.- S.1;8.