Əli Əhmədov: “Çoxdan
gözlədiyimiz qələbənin nəfəsi artıq çox aydın hiss olunur”
Qəhrəman Azərbaycan Ordusu növbəti şanlı qələbəsi ilə xalqımıza yenə də sevinc və fərəh hissləri bəxş etdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib.
“Füzuli və Xocavənd rayonlarının azad edilən 8 kəndi böyük
qələbəni əhəmiyyətli dərəcədə
bizə yaxınlaşdırır. Çoxdan
gözlədiyimiz qələbənin nəfəsi artıq çox aydın hiss olunur. Rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgərimiz və müdrik Ali Baş Komandanımız ölkəmizin həyatında
ən şərəfli tarixi yazırlar. Tarix isə onların adını qızıl
hərflərlə öz səhifələrinə
yazır. Eşq olsun
Azərbaycan Ordusuna və Ali
Baş Komandanımıza! Qarabağ
Azərbaycandır!”, - deyə Baş Nazirin müavini qeyd edib.
Azərbaycan.-
2020.-15 oktyabr.- S.4.