Laslo Köver: Macarıstan hökuməti Azərbaycanın
ərazi bütövlüyünü və
suverenliyini qətiyyətlə dəstəkləməkdə
davam edəcək
Macarıstan parlamentinin Sədri Laslo Köver Milli Məclisin Sədri Sahibə Qafarovaya cavab məktubu ünvanlayıb.
Milli
Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a verilən məlumata
görə, məktubda Laslo Köver bu il sentyabrın 27-dən
başlayaraq cəbhə xəttində baş verənlər
haqqında ətraflı məlumatlara görə həmkarına
təşəkkürünü bildirib və mülki
insanların ölümü ilə nəticələnən
qarşıdurmanın beynəlxalq ictimaiyyətdə ciddi
narahatlıq doğurduğunu qeyd edib.
Laslo
Köver Macarıstan hökumətinin problemin beynəlxalq
hüququn ümumi prinsiplərinə uyğun həllini, həmçinin
Azərbaycanın ərazi bütövlüyünü və
suverenliyini qətiyyətlə dəstəkləməkdə
davam edəcəyini vurğulayıb.
Xatırladaq
ki, Milli Məclisin Sədri Sahibə Qafarova bir sıra ölkələrin
spikerlərinə və beynəlxalq parlament təşkilatlarının
rəhbərlərinə Ermənistanın sentyabrın 27-dən
etibarən cəbhə xəttində törətdiyi təxribatlar
haqqında məktublar ünvanlayıb. Məktublarda
Ermənistan silahlı qüvvələrinin hərbi təxribatları,
Azərbaycanın şəhər və rayonlarının artilleriya və raketlərdən atəşə
tutulması, işğalçı ölkə tərəfindən
mülki vətəndaşların və mülki obyektlərin hədəfə
alınması haqqında geniş məlumat
verilib, həmçinin Ermənistanın
törətdiyi bu müharibə cinayətlərinə,
vandallıq aktlarına və işğalçılıq siyasətinə
beynəlxalq ictimaiyyət tərəfindən adekvat
münasibətin bildirilməsinə
çağırış edilib.
Azərbaycan.-2020.-17 oktyabr.- S.4.