Hikmət Hacıyev: Ordubada raket zərbəsi
Ermənistanın bütün vasitələrlə
münaqişənin coğrafi
miqyasını genişləndirməyə
çalışdığını göstərir
Ermənistan Naxçıvanın Ordubad
rayonuna raket zərbəsi endirib. Bu, göstərir ki, Ermənistan bütün vasitələrlə münaqişənin
coğrafi miqyasını
genişləndirməyə çalışır.
AZƏRTAC
xəbər verir ki, bu fikirləri
Azərbaycan Prezidentinin
köməkçisi – Prezident
Administrasiyasının Xarici
siyasət məsələləri
şöbəsinin müdiri
Hikmət Hacıyev özünün “Twitter” səhifəsində
yazıb.
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan
Azərbaycanın döyüş
zonasından kənardakı
şəhərlərinə raket atəşi açır. Bütün məsuliyyət Ermənistanın
üzərinə düşür.
Azərbaycan.-2020.-17 oktyabr.- S.4.