İspaniyanın “EL MUNDO” qəzetində
Azərbaycan Prezidentinin köməkçisi
Hikmət Hacıyevin müsahibəsi dərc olunub
İspaniyanın böyük oxuyucu kütləsinə malik “EL MUNDO” qəzetində Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, müsahibədə Azərbaycan Prezidentinin köməkçisi cəbhə bölgəsində yaranmış hazırkı vəziyyətdən, Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzündən ətraflı bəhs edib. Diqqətə çatdırılıb ki, Ermənistan əldə olunmuş humanitar atəşkəs razılaşmasının tələblərini kobud şəkildə pozaraq, yalnız Gəncəni deyil, həm də Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərini, həmçinin digər mülki əraziləri də ağır artilleriya və raket atəşinə tutub. Hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə şəhərinin Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutulması nəticəsində 10 dinc sakin həyatını itirib, 34 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistan tərəfi Ermənistan-Azərbaycan sərhədi, habelə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda “SCUD” raket kompleksləri yerləşdirib. Ermənistan tərəfi bu raketlərlə dəfələrlə dinc əhali və mülki obyektləri atəşə tutub.
“EL MUNDO” nəşrinin jurnalisti Xavyer
Espinozanın guya muzdluların Azərbaycan
tərəfindən hərbi əməliyyatlara cəlb olunması
ilə əlaqədar şayiələrlə bağlı
sualını cavablandıran Hikmət Hacıyev bildirib ki, bu,
Ermənistanın Azərbaycana qarşı çirkin
təbliğatıdır. Bu gün yüksək döyüş
qabiliyyətinə və ən müasir silahlara malik Azərbaycan Ordusunun muzdlu
döyüşçülərə ehtiyacı yoxdur. Uzun illərdir ki, erməni tərəfi Suriya
və Livan erməniləri adı
altında Azərbaycana, onun Silahlı
Qüvvələrinə qarşı muzdlular
kimi istifadə edir.
Ermənistanın
baş naziri Nikol Paşinyanın danışıqları
pozmaq üçün hər vasitəyə əl
atdığını diqqətə çatdıran Hikmət
Hacıyev Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin güc yolu ilə dəyişdirilməsinin
yolverilməz olduğunu, BMT Təhlükəsizlik
Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə
dair 4 qətnaməsinə uyğun olaraq Azərbaycanın ərazi
bütövlüyünün bərpa edilməsinin vacibliyini
vurğulayıb, Dağlıq Qarabağa Azərbaycanın sərhədləri
daxilində muxtariyyət statusunun verilməsinin
mümkünlüyünü qeyd edib.
Azərbaycan.-2020.-17 oktyabr.- S.4.